"O yaşda şiddət görmək qüruruma toxunmuşdu" "O yaşda şiddət görmək qüruruma toxunmuşdu"

Bergüzar Korelin bacısı anasından şikayətçi oldu: "Ən son 30 yaşım olanda döyüldüm"

"O yaşda şiddət görmək qüruruma toxunmuşdu"

Hülya Darcanın qızı, türk aktrisası Bergüzar Korelin bacısı Zeynep Koreldən şou dünyasını sarsıdacaq bir iddia gəlib. Zeynep Korel anasının onu təhdid etdiyini deyərək polisə şikayət edib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-da evlərdə təmizlik işləri görməsi ilə gündəmə düşən Bergüzar Korelin bacısı Zeynep Korel ata və anasından şiddət gördüyünü deyib.

"Atam döyülərək böyüdüyü üçün ona bu hal normal gəlirdi. Onu günahlandırmıram. Anam daha çox psixoloji şiddət edirdi. Amma ən son 30 yaşım olanda döyüldüm. Atamı yeni itirdiyimiz bir dönəm idi. İçindəki hüzndən dolayı mənə şiddət etdi. O yaşda şiddət görmək qüruruma toxunmuşdu”.

Bu sözlər “şou dünyası”nda günlərlə danışılıb. Həmçinin anası üçün, "Məni yaşarkən öldürdü" demişdi. Zeynep Korel bacısı Bergüzar Korel haqda da sərt açıqlamalar vermişdi.

Zeynep Korel bu dəfə polisə şikayət edib. O, anası və bacısının zəng edərək onu təhdid etdiyini bildirib. Təhdid mesajlarını dəlil olaraq göstərən Korel təhlükəsizliyi üçün qoruma tələb edib. Qızının şikayətindən sonra Hülya Darcan haqqında araşdırma başladılıb.

Zeynep Korelin vəkili Esennur Ezgi əvvəl verdiyi açıqlamada Zeynep Korelin atası Tanju Korelin mirasından heç pay almadığını deyib:

"Zeynep Korel atası vəfat etdikdən sonra mirasdan heç pay almadı və böyük miqdardakı hissəsini anası Hülya Darcan ilə bacısı Bergüzar Korelə bağışlayıb. Hətta hazırda Hülya xanımın Ulusda yaşadığı ev də Tanju Koreldən mirasdır. Anası Hülya Darcanın etdiyi maddi yardımlar Zeynep Korel üçün deyil, qızı üçün idi. İki tərəfi uzlaşdırmaq istədik, ancaq Hülya Darcan və Bergüzar Korel anlaşmaq istəmədilər. Zeynep xanım yenə miras payını istəmədi, amma mən vəkili olaraq haqqımı tələb edirəm”.

Səidə Vahid

AzNews.az