Klipin çəkilişləri yay aylarında Qubada aparılıb Klipin çəkilişləri yay aylarında Qubada aparılıb

Brilliant Dadaşova ərinə klip həsr etdi – FOTO / VİDEO

Klipin çəkilişləri yay aylarında Qubada aparılıb

Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib.

Söz və musiqisi Fərid Kərimliyə məxsus olan "Şükür ola" adlı mahnıya çəkilən klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi çəkiliblər. Onlar ekran işində sevgili cütlüyü canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb.

Qeyd edək ki, bu mahnını müğənni həyat yoldaşı Ədalət Hacıyevin doğum gününə həsr edib sosial şəbəkə hesabında bu sözləri yazmışdı:

"31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm". (Musavat.com)

AzNews.az