Məşhur aktyordan izləyicisinə efirdə biabırçı cavab: sosial media qarışdı

Onun bu hərəkəti tənqid hədəfi olub

Məşhur türk aktyoru Can Yaman izləcisinə verdiyi cavabla gündəmə gəlib.

AzNews.az xəbər verir ki, son günlər partnyoru olduğu aktrisalarla bağlı verdiyi libido açıqlaması ilə özündən söz etdirən Can Yaman bu dəfə İspaniyada yayımlanan verilişlərdən birinə qatılıb. Proqramda ona sual ünvanlayan qadın izləyiciyə xoşagəlməz zarafat edib.

Qadın ona "Siz mükəmməl bir insan, aktyorsunuz. Lakin sizin bu dünyadan olub-olmadığınızı bizə necə sübut edə bilərsiniz?", -deyə izləyici sual ünvanlayıb. Can Yaman isə "arxa otağa keçək, göstərim",- şəklində cavablandırıb.

Bu cavaba güldükdən sonra tərcüməçisinə tərcümə etməməyi tapşırıb.

Onun bu hərəkəti sosial mediada tənqid hədəfi olub.

Qeyd edək ki, bir müddət o, serialda sevgili olan aktyor və aktrisalar arasında mütləq libidonun olmasının önəmli olduğunu qeyd etmişdi. Onun bu açıqlaması böyük müzakirələrə səbəb olmuşdu.

Libido Ziqmund Freydin psixoanalizində anlayışdır. Seksual ehtirası və cinsi instinkti nəzərdə tutur. Bu termin seksuallığın müxtəlif təzahürlərini təsvir etmək üçün işlənir.

Aynur

AzNews.az