O, Əməkdar artist Teymur Əmrahla da zarafat etdiyini söyləyib O, Əməkdar artist Teymur Əmrahla da zarafat etdiyini söyləyib

“Əlikram dedi ki, Niderlanda təyyarə ilə gələcəyik?” - Fərda Xudaverdiyev

O, Əməkdar artist Teymur Əmrahla da zarafat etdiyini söyləyib

Aktyor Fərda Xudaverdiyev ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında qonaq olub.

AzNews.az xəbər verir ki, sənətçi 1 aprel günü etdiyi zarafatlardan danışıb. Aktyor bildirib ki, buna görə ondan inciyənlər də olub:

“Əlikram Bayramov məndən incimişdi. Ona demişdim ki, Niderlandın diaspor nümayəndəsiyəm, burada sorğu keçiriblər. Siz burada birinci yer tutmusunuz. Tədbir təşkil edirik, sizə 25 min avro pul verəcəyik. Əlikram dedi ki, təyyarə ilə gələcəyik? Dedim yəqin ki, avtobusla gəlmərsiniz. Passportları atın adınıza bilet yazdırım. Mən də içkili olmuşam, həmin günü hamı ilə zarafat etmişəm. Telefonu da söndürmüşəm. Nə qədər mənə zəng edib, sonra ağzından çıxanı deyib. Deyir ki, gəlmişəm ki, bu gün ümumiyyətlə Niderlanda uçuş yoxdur”.

F.Xudaverdiyev Əməkdar artist Teymur Əmrahla da zarafat etdiyini söyləyib:

“Teymur Əmrahı da yığmışdım ki, biz hər il tanınmış insanlara ev hədiyyə veririk. O da toyda idi, toyu atdı çölə çıxdı. Dedim ki, sadəcə bizdə hazırda birotaqlı ev qalmayıb, üçotaqlılardır. Gərək birinin pulunu ödəyəsiniz. Dedi ki, indi yerimə adam qoyub gəlirəm. İkiotaqlı ev bəsimdir. Taksiyə oturdu, səsini eşitdim. Dedim ki, Teymur müəllim, mənəm, özüm xəcalət çəkdim”.

Aynur

AzNews.az