Şəxsən 2 il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim Şəxsən 2 il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim

Murad Miri Yusifi müdafiə etdi: "Başqasının pulunu saymaq ədəbdən deyil"

Şəxsən 2 il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim

“Müğənninin qonorarı ona olan tələbat və onun öz işlərinə xərclədiyi maliyə ilə tənzimlənir”.

AzNews.az xəbər verir ki, bu sözləri aparıcı və müğənni Murad Arif sosial media hesabında yazıb.

O, son günlər Xalq artisti Miri Yusifin toy qonorarı ilə bağlı səsləndirilən iradlara cavab verib:

“Camaat böyük heyətlə oturub strategiya cızır, plan qurur. Bilin ki, ilə ən azı 3-4 video çıxaran, onu reklam edən, azı 2-3 konsert verən müğənni, 250-300 min manat xərcləyir. Hərdən ziyanımıza da işləyirik. Olur! Özüm (hələ mahnılarımı özüm yazaraq) 2014-2018-ci illər arası yazdırdığım, çəkdirdiyim bütün işlərə 240 min manat xərcləmişəm. Hər çıxartdığımız iş də “feedback” vermir, pul geri gətirmir. Tutmayan nəğmələr də olur. Xüsusən ilk il risklə çalışdım.

Şəxsən 2 il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim. Məndən 3-5 qat artığını da Miri Yusif, Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxan xərcləyir. Qonorarları müzakirə edəndə, bir bunu da deyin. Niyə demirsiniz ki, bu adamların sayəsində bütöv bir sektor işləyir, yaşayır, dolanır: bəstəkarlar, söz yazarları, aranjımançılar, studiyalar, rəqqaslar, işıqçılar, operatorlar, rejissorlar, dizaynerlər, kopirayterlər, köməkçilər, SMM-çilər, böyük bir heyət ayaqda durur.

Daha bəziləri kimi, o kanal sənin, bu kanal mənim gəzib, hər dəxlisiz mövzu, repertuar, öz hitlərin olmadan, sənətə pul xərcləmədən gündəm olmağa nə var ki? Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil. Etməyin!”.

Aynur

AzNews.az