Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır

“Türkvizyon” onlayn keçiriləcək

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır

Türkiyənin Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən “Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il pandemiya (COVID–19) səbəbindən onlayn keçiriləcək.

AzNews.az xəbər verir ki, 26 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən yarışma dekabrın 20-də saat 17:00-da başlayacaq.

Müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və Almaniyadan təmsilçilər iştirak edir. “Türkvizyon - 2020”-nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edəcək. Bundan başqa müsabiqədə xüsusi “Tamaşaçı rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı Gəlin” mahnısının ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək.

Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanacaq. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarında izləmək mümkün olacaq.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.