Onların evlənəcəyi söylənilir Onların evlənəcəyi söylənilir

İbrahim Tatlısəs özündən 43 yaş kiçik xanımla eşq yaşayır

Onların evlənəcəyi söylənilir

Məşhur türk müğənnisi İbrahim Tatlısəs 9 il fasilədən sonra yenidən "İbo Şou" proqramı ilə ekranlara geri dönüb. Star Tv-də yayımlanan proqrama maraq böyük olub. Keçirdiyi sıxıntılı günləri geridə qoyan ünlü sənətçi özəl həyatı ilə də gündəmdən düşmür.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun illərdən sonta axtardığı xoşbəxtliyi tapan Tatlısəs özündən 43 yaş kiçik Gülçin Karakaya ilə eşq yaşayır. Bu gənc xanım tez-tez İ.Tatlısıslə birgə çəkdirdiyi fotoları sosial mediada paylaşır.

Tanınmış sənəçinin gənc sevgilisiylə evlənəcəyi xəbərləri gündəmdədir. Gülçin Karakayanın ailəsinin isə "bu iş ya bitsin, ya da evlənin" deye cütlüyə basqı etdiyi iddia edilir.

AzNews.az