Ağadadaş Ağayevdən peyvəndlə bağlı tənqidlərə CAVAB

"Delta variantından qorunmaq üçün peyvənd mütləqdir"

Xalq artisti Ağadadaş Ağayevin vaksin vurdurması və bunu sosial şəbəkədə paylaşması tənqidlərə səbəb olub.

Aznews.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənni bir ay əvvəl üç dəfə əməliyyat olunub. Sosial şəbəkə istifadəçiləri Ağayevin peyvənd olunmasını qınayıblar. Onlar əməliyyatdan yeni çıxan birinin vaksin vurdurmasına icazə olmadığını yazıblar.

A.Ağayev açıqlama yayaraq bunları qeyd edib:

"Peyvənd məsələsi ilə bağlı Türkiyədə olanda hələ əməliyyatlarım gedən ərəfədə həkimlərdən soruşdum ki, oluna bilərəm? İcazə verildi. Türkiyə vətəndaşı olmadığım üçün orada etdirə bilmədim. Gəlib Bakıda vaksin vurdurdum. Onkoloji xəstə sayılmadığım üçün həkim dedi problem deyil. Həkimimlə dönə-dönə məsləhətləşmişdim. Belə məhdudiyyətin olduğu deyilmədi. Delta variantından qorunmaq üçün peyvəndin mütləq olduğu bildirilib. Mən də həkimimin sözünü icra etdim".