Əməkdar incəsənət xadimi övladlarına qadağa qoymadığını bildirib Əməkdar incəsənət xadimi övladlarına qadağa qoymadığını bildirib

"Bizim münasibətlərdə əsas məsələ mənəviyyatdır" - Ayaz Salayev

Əməkdar incəsənət xadimi övladlarına qadağa qoymadığını bildirib

Əməkdar incəsənət xadimi Ayaz Salayev “Onun sirri” verilişində qonaq olub.

Aznews.az xəbər verir ki, o, proqramda övladlarından danışıb. A.Salayev uşaqlarına qadağa qoymadığını deyib:

"Dörd övladım var, ilk evliliyimdən 1 qız, 1 oğlan, ikincidən isə 2 qız. Mənə elə gəlir ki, pis ata deyiləm. Övladlarıma qadağa qoymuram. Demokratik, eyni zamanda mənəviyyat. Boş buraxmıram, həm də evə bağlamıram. Buna tərbiyə deməzdim. Bizim münasibətlərdə əsas məsələ mənəviyyatdır. Övladlarım bir şey etməzdən əvvəl həmişə soruşurlar, icazə alırlar. Mənim tərbiyəm deyil, özləri belədir".

Qeyd edək ki, A.Salayev “Azərbaycanfilm” kinostudiyasının baş redaktorudur.