Qanunverici orqan 14 gündən sonra buraxılacaq Qanunverici orqan 14 gündən sonra buraxılacaq

Ermənistanın 2019-cu il büdcəsi qəbul olunmayacaq – Paşinyan: "Eybi yoxdur"

Qanunverici orqan 14 gündən sonra buraxılacaq

“Əgər parlamentin 2019-cu ilin dövlət büdcəsini qəbul etməyə vaxtı olmasa, heç bir problem yaranmayacaq”.

AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan hökumətinin başçısı vəzifəsini icra edən Nikol Paşinyan deyib.

Ermənistan qanunvericiliyinə əsasən gələn ilin dövlət büdcəsinin layihəsi qəbul olunmasa, onda ötən ilin büdcəsi öz fəaliyyətini davam etdirəcək, ancaq bu halda sosial xərclərə, bəzi xidmət sahələrində əmək haqlarının artırılmasına pul ayrılmayacaq.

Xatırladaq ki, dövlət büdcəsinin layihəsi oktyabr ayının 29-da müzakirəyə çıxarılmalıdır. Çox böyük ehtimala görə isə qanunverici orqan 14 gündən sonra buraxılacaq.

© AzNews.az