Anasını döyən AXCP fəalı kərimovçuları rüsvay etdi

“AXCP-nin fəxrlə cəmiyyətə sırıdığı Fatimə Mövlamlı anasını döyüb polisə düşdü, kərimovçular növbəti dəfə simalarını göstərdilər”

AzNews.az xəbər verir ki, bunu jurnalist Sənan Nəcəfov öz “Facebook” səhifəsində yazıb.

S.Nəcəfov qeyd edir ki, bu günlərdə AXCP tərəfdarı Fatimə Mövlamlı (özünü jurnalist kimi qələmə verir) oktyabrın 23-də DİN Binəqədi RPİ-nin 4-cü bölməsi tərəfindən saxlanılıb. Buna səbəb, Fatimə Mövlamlının öz anasını döyməsi və sonuncunun bununla bağlı polisə şikayət etməsi olub.

AXCP funksionerləri bu biabırçılığı ört-basdır etmək üçün məsələni siyasiləşdirmək istəyiblər. AXCP nomenklaturası həmişəki populist şüarlardan, nimdaş arqumentlərdən istifadə edərək, olaya başqa don geydirməyə çalışıblar. Onlar F.Mövlamlının polisə çağırılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirib, “Azərbaycan xanımına (yəni Fatimə Mövlamlıya-red.) qarşı bu cür addımlar atılmasını” pisləyiblər.

Fatimə Mövlamlı da özü ilə bağlı məsələni böyütmək və siyasiləşdirmək istəyib. O, oktyabrın 24-də sərbəst buraxıldıqdan sonra facebook profilində status yazaraq “doğması” saydığı şəxslə (diqqət edin, anası demir - red.) mübahisə etdiyini və onun şikayəti əsasında polis bölməsinə çağırıldığını bildirib. Onun fikrincə, polis bundan istifadə edərək siyasi fəaliyyətinə görə ona təzyiqlər edib.

Özgə vaxtı milli-mənəvi dəyərlər haqda xor oxuyan AXCP üzvləri bu biabırçılığa qarşı çıxıb, öz partiya yoldaşlarını qınamaq əvəzinə, onu müdafiə ediblər. Bu azmış kimi, yalan danışıblar. Bir övladın anasına əl qaldırmaq kimi iyrənc və mənəviyyatsız hərəkəti pərdələyərək, həqiqəti ictimaiyyətdən gizlətməyə çalışıblar.

Elgün
AzNews.az

image description image description