“Azərbaycanda mövcud olan banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir. Hər kəs bilir ki, banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib”. “Azərbaycanda mövcud olan banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir. Hər kəs bilir ki, banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib”.

"Banklar sosial gərginlik yaradır" - Deputat

“Azərbaycanda mövcud olan banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir. Hər kəs bilir ki, banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, hökumət bu sahədə qəti tədbirlər görməlidir.

“Bir çox özəl banklara özbaşınalıq etmələrinə şərait yaratmaq olmaz. Bunun çox ağır nəticələri ola bilər”-deyə, o əlavə edib.

Deputat həmçinin qeyd edib ki, şəhid ailələri ilə bağlı məsələni həll etmək lazımdır. Bu, sadəcə, maliyyə məsələsi deyil, dövlətçilik, milli-mənəviyyat məsələsidir:

"Bu məsələlərdə gərginlik yaratmağa ehtiyac yoxdur. Biz vətəndaşlarımzda özünəməşğulluq proqramını təşviq edilməsinə geniş yer verməliyik. Belə olan halda, vətəndaş həm özünü təmin edəcək, həm də bazara məhsul çıxaracaq, sosial gərginlik olmayacaq. Bu, çox vacib məsələdir”.

Elgün
AzNews.az