"BƏƏ-dən Azərbaycana turist axınının artması müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsini göstərir". "BƏƏ-dən Azərbaycana turist axınının artması müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsini göstərir".

Səfir: Azərbaycanla BƏƏ arasında möhkəm əlaqələr var

"BƏƏ-dən Azərbaycana turist axınının artması müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsini göstərir".

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında möhkəm əlaqələr mövcuddur.

Bunu BƏƏ-nin yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Mohamed Hamel Əl Qubaisi bildirib.

Diplomat bildirib: "Hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, ticarət, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, BƏƏ-dən Azərbaycana turist axınının artması müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsini göstərir".

Səfir qeyd edib ki, iki həftə əvvəl Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verən Ticarət Palatasının yaradılmasının üç illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AzNews.az