"Qarabağ Komitəsi" növbəti mitinq keçirməyi planlaşdırır "Qarabağ Komitəsi" növbəti mitinq keçirməyi planlaşdırır

Tural Abbaslı: "Mitinq üçün BŞİH-ə müraciət etdik"

"Qarabağ Komitəsi" növbəti mitinq keçirməyi planlaşdırır

AzNews.az xəbər verir ki, Qarabağ Komitəsi 15 dekabr 2018-ci il tarixində saat 15:00-da “Məhsul” stadionunda “Qarabağa azadlıq” mitinqi keçirməyi planlaşdırır.

Mitinq barədə rəsmi məktub bu gün Akif Nağı, İlham İsmayıl, Pənah Hüseyn, Sahib Kərimli, Tural Abbaslı və Mirmahmud Fəttayevin imzası ilə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib.

Mitinqin təşkilatçılarından olan Ağ partiyanın sədri Tural Abbaslı AzNews.az-a açıqlamasında faktı təsdiqlədi:

“Qarabağ komitəsinin növbəti qərarı budur ki, dekabr ayının 15-də saat 15:00-dan 17:00-a qədər “Məhsul” stadionunda növbəti Qarabağ mitinqini keçirsin. Bunla bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub təqdim olundu. Təşkilatçılar Qarabağ Komitəsində cəmləşən partiyalar, ictimai xadimlər və siyasətçilərdir. Buraya Qarabağ qaziləri, Qarabağ Azadlıq Təşkilatı da daxildir. İstənilən siyasi qurum və ya şəxslər bu işin təşkilində iştirak edə bilərlər”.

Elgün
AzNews.az