Vidadi İsgəndərlidən terrorçulara xas fikirlər Vidadi İsgəndərlidən terrorçulara xas fikirlər

Həmin silahı ermənilərə qarşı yox...

Vidadi İsgəndərlidən terrorçulara xas fikirlər

Xaricdə oturub Azərbaycan xalqının, dövlətinin milli maraqlarını baltalamaqla məşğul olan Vidadi İsgəndərli növbəti dəfə terrorçulara xas fikirlər səsləndirib.

“Azərbaycan Prezidenti Qarabağda müharibə elan etsə, həmin silahı ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcəyəm”.

Bu cür fikirlər səsləndirən Vidadi İsgəndərli terrorçudur, yoxsa yox?!

Ermənilərə və ermənipərəst qüvvələrə xidmət edən Vidadi İsgəndərli və onun kimilər aldıqları 3-5 qəpik qrant qarşılığında ölkəmizə qarşı bu cür terrorçulara məxsus fikirlər səsləndirməkdən çəkinmirlər. Görünür bu sözlər bəzi xarici kəşfiyyat orqanlarının əlində alət kimi istifadə olunan İsgəndərlinin ürəyindəki Vətənə nifrət, düşmənə “məhəbbət” cücərtilərinin təzahürüdür.(ikisahil.az)

AzNews.az