Mübariz Əhmədoğlu: "Vurnuxan Tonoyan Gədəbəydən Naxçıvan istiqamətinə keçdi" Mübariz Əhmədoğlu: "Vurnuxan Tonoyan Gədəbəydən Naxçıvan istiqamətinə keçdi"

Tonoyan ABŞ-da yaşayacaq ilk və yeganə Ermənistan Müdafiə naziri ola bilər

Mübariz Əhmədoğlu: "Vurnuxan Tonoyan Gədəbəydən Naxçıvan istiqamətinə keçdi"

Bir neçə gün öncə erməni mətbuatı D.Tonoyanın və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın cənub-şərq istiqamətinə yəni, Azərbaycan Respublikasının Gədəbəy istiqamətinə səfər etdikləri barədə məlumatlar yaymışdı; Orada vurnuxur, hansısa hərbi əməliyyat hazırlayır. Amma görünür Tonoyan başa düşür ki, Gədəbəy (Başkənd, Artsvaşen) istiqamətindəki “müharibə” ilə o, Qərbin diqqətini cəlb edə bilməz. Vaxtı ilə Naxçıvan istiqamətində baş verən proseslər həqiqətən Qərbdə ciddi maraq yaratdı və bunu başa düşən Rusiya Ermənistanın Naxçıvan və Türkiyə istiqamətində olan IV və V ordularını birləşmiş ordu adı ilə özünə tabe etdi.

Tonoyan başa düşür ki, Qərbin diqqətini cəlb etməkdən ötrü hərbi təxribatlar yalnız Naxçıvan istiqamətində olmalıdır. Çünki bu təxribat artıq Ermənistanla Azərbaycan arasında olmayacaq, həm də bu təxribata Türkiyə də qoşula bilər, dövlət sərhədində olduğu üçün Rusiya da Ermənistanı müdafiə edəcək. Müdafiə etməyəcəksə Rusiya hörmətdən düşəcək. Ona görə D.Tonoyan qəflətən qoşunların şimal-şərq hissəsinə səfər etdi, orada raket hərbi hissələrini ayağa qaldırdı və atışlar həyata keçirdi. Bununla da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində və Ermənistan-Türkiyə sərhədində hərbi təxribatlara hazırlığını nümayiş etdirdi.

David Tonoyan Ermənistanın Baş nazirinin mövqeyində baş verən dəyişiklikləri, ATƏT MQ həmsədrlərinin qəbul etdiyi bəyanatları, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqeyin R.Köçəryan və S.Sərkisyanın mövqeyinə nisbətən güzəştli olduğunu dərk etmək istəmir. Paşinyan sadəcə ritorika ilə özünü Dağlıq Qarabağ məsələsində hərbi yolun tərəfdarı kimi göstərir. Amma reallıqda onun atdığı addımlar ATƏT MQ-nin Dağlıq Qarabağ üzrə hazırladığı variantı Dağlıq Qarabağ ermənilərinə və sonra da Ermənistan xalqına qəbul etdirməkdir.

Görünür D.Tonoyanın artıq yeni sahibləri var və D.Tonoyan üçün bu sahiblər N.Paşinyandan daha güclüdür. D.Tonoyan Amerikada yaşaya biləcək ilk və yeganə Ermənistan Müdafiə naziri olacaqdır və D.Tonoyanın da məqsədi budur.

Rusiya bütün bunları görməli, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tədricən çıxarılmasına nail olmalıdır.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq