Razi Nurullayev: Biz mütləq şəkildə seçkilərdə iştirak edəcəyik

Boykot isə bu gün alternativ deyil

Azərbaycan Xalq Cəbhəsi Partiyası növbədənkənar parlament seçkilərinə qatılacaq.

AzNews.az xəbər verir ki, bu barədə AXCP sədri Razi Nurullayev məlumat verib: “Biz mütləq şəkildə seçkilərdə iştirak edəcəyik. Siyasi partiya, siyasətçi seçkiləri boykot edirsə, öz varlığını şübhə altına alır. Bunu o zaman etmək olar ki, boykot dürüst, düşünülmüş və sonunda nəticəyə gətirə biləcək alternativ olsun. Boykot isə bu gün alternativ deyil”.

Razi Nurullayev əgər alternativdirsə və nəticəyə gətirib çıxaracaqsa, bunun əsaslandırılmasını qeyd edib.

Bahar RÜSTƏMLİ

AzNews.az