Arzu Nağıyev möcüzə yox, mübarizə vəd edir... Arzu Nağıyev möcüzə yox, mübarizə vəd edir...

Bütün arzuları reallaşdırmaq mümkündür: Təbii ki, orada Arzu varsa!

Arzu Nağıyev möcüzə yox, mübarizə vəd edir...

Ölkəsinin inkişafını görmək, xalqının sosial rifahının yüksəlişinə şahid olmaq, bu inkişaf və tərəqqiyə az da olsa töhfə vermək, hər bir gerçək vətənpərvərin arzusu, onun yaşam və fəaliyyətinin qayəsidir. Lakin bu da sirr deyil ki, bütün bunlara nail olmaq üçün sadəcə arzulamaq kifayət deyil. Bunun üçün həm də səy göstərmək, layiqli insanların yerli özünüidarə orqanlarında, parlamentdə təmsilçiliyinə nail olmaq, öz ağlı, zəkası, idarəetmə bacarığı ilə xalqa xeyir verə biləcək insanlara daha geniş fəaliyyət meydanı yaratmaq lazımdır. Hansı ki, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə deputatlığa namizəd olan tanınmış ziyalı Arzu Nağıyev məhz belə insanlardandır. O insanlardan ki, onlar qığılcımı məşələ, arzunu reallığa, xəyalı həqiqətə çevirməyi bacarırlar. Və onlar həmin insanlardandılar ki, keçmişləri gələcəklə bağlı verdikləri vədlərin qarantıdır.

Arzularınızı reallığa çevirəcək Arzu: Sadə, təvazökar və müdrik – xalqın özü kimi!

Arzu Nağıyevin bir insan kimi ən mühüm özəlliklərindən biri onun hədsiz sadəliyi, təvazökarlığı və özünəməxsus müdrikliyidir. Hansı ki, o, bu xüsusiyyətləri ilə məhz xalqın özünü, onun təbiətini yada salır.

Bu gün seçki kampaniyasının tələblərinə uyğun olaraq seçicilərlə silsilə görüşlər keçirən, onların qayğı və problemləri, istək və arzuları ilə maraqlanan Azu Nağıyevi az-çox yaxından tanıyan hər kəs bilir ki, əslində sadə xalqın istək və tələblərinə həssas münasibət onun bütün həyat və fəaliyyətinin nüvəsini təşkil edib. Bu gün deputatlığa namizəd kimi insanlarla aktiv ünsiyyətdə olan Arzu Nağıyev, əslində hər zaman sadə xalqla davamlı təmasda olub, özünün xalqla ünsiyyətini kəsməyib.

O, xalqın iradəsini, arzu və istəklərini həm bir siyasətçi, həm də media kapitanı olaraq daim dilə gətirib, xalqın səsinin əlaqədar qurumlara çatdırılmasını, insanları narahat edən problemlərin ictimaiyyiləşməsini və həllini təmin edib. Bu isə o deməkdir ki, Arzu Nağıyevin parlamentdə təmsilçiliyi xalqın səsinin parlamentdə əks olunması, xalqın arzularının daha ali tribunada səslənməsi demək olar. Və heç şübhəsiz ki, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin seçiciləri bu fürsətdən lazımınca yararlanacaq və Arzu Nağıyevə səs verməklə öz istəklərini parlament səviyyəsində müzakirəyə çxıarmaq imkanı əldə edəcəklər.

Qarabağ qazisi, peşəkar siyasətçi, bacarıqlı “çekist”

Arzu Nağıyevin bioqrafiyasında mühüm yer tutan məqamlardan biri də onun Qarabağ müharibəsində aktiv iştirakısı olması, bu müharibədə ağır və şərəfli döyüş yolu keçməsidir. Müharibə veteranı olan Arzu Nağıyev Qarabağın bir sıra rayonlarının, starteji yüksəkliklərinin düşmən hücumundan müdafiəsində fəal rol oynamış, işğalçı ordunun hücumunun dəf edilməsi və uğurlu əks-hücum əməliyyatlarında böyük fədakarlıqlar göstərmişdi. Qarabağ probleminin hələ də öz həllini tapmadığını nəzərə alsaq, o zaman parlamentdə Qarabağ uğrunda döyüşən, Qarabağ ağrısını özünün hər bir hüceyrəsində, ruh və iliyində hiss edən Arzu Nağıyev kimi müharibə veteranın təmsilçiliyinin ikiqat vacib və faydalı olduğu aydın olar.

Uzun müddət Azərbaycanın xüsusi xidmət orqanlarında çalışan, milli maraqlarımızın bu müstəvidə müdafiəsi ilə məşğul olan Arzu Nağıyev, bacarıqlı “çekist” kimi bu sahədə də özünü təsdiqləmiş, polkovnik rütbəsinə qədər yüksəlmişdir. Onun xüsusi xidmət orqanlarındakı fəaliyyəti zamanı əldə etdiyi təcrübə, habelə, yüksək siyasi intellekt, qeyri-adi siyasi təhlil qabiliyyəti Arzu Nağıyevin həm siyasi şərhçi, həm də təhlükəsizlik məsələləri üzrə ekspert kimi fəaliyyətini təmin etmişdir. Milli maraqların həm siyasi, həm də milli təhlükəsizlik müstəvisində müdafiəsi, ölkəmizin mənafeyinə təhdid yaradan təhlükələrin zamanında proqnozlaşdırılması Arzu Nağıyevin çoxillik ictimai-siyasi fəaliyyətinin mühüm tərkib hissəsidir.Təsadüfi deyildir ki, onun terrorizm və insan alveri, korrupsiya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı irəli sürdüyü ideya və tezislərdən əlaqədar dövlət orqanları, aidiyyatı qurumlar bu gün də faydalanmaqda, məhz bu mülahizələrə istinadən cinayətkarlıqla mübarizədə ciddi uğurlar əldə etməkdədir.

Arzu Nağıyev möcüzə yox, mübarizə vəd edir...

Istər parlament, istərsə də bələdiyyə seçkilərində namizədlərin xalq qarşısında müxtəlif vədlərlə çıxış etməsi, onları müxtəlif cəlbedici, şirnikləndirici təklikflərlə öz tərəfinə çəkməyə çalışması məlum həqiqətlərdən biridir. Bəzən bu vədlər o dərəcədə fantastik olur ki, bu vəd xalqın dəstəyini alan şəxs üçün ağır bir yükə, qınaq mənbəyinə çevrilir. Lakin Arzu Nağıyevin seçki platforması, vətəndaşlarla görüşlərdə səsləndirdiyi fikirlər göstərir ki, o, bir çoxlarından fərqli olaraq, vətəndaşlara heç bir möcüzə vəd etmir. Seçicidə yağlı vədlər hesabına özünə maraq yaratmaq Arzu Nağıyevin xarakterinə ziddir. O, yalnız edə biləcəyini vəd edir, mümkün olandan danışır.

Başqa sözlə desək, Arzu Nağıyev seçiciyə möcüzə yox, onun hüquqları, daha yaxşı yaşamı uğrunda mübarizə, birgə fəaliyyət vəd edir. Hansı ki, ən əlçatmaz arzunu belə xalqın və dövlətin səyi ilə həll etmək, reallığa çevirmək mümkündür. Və bu reallığa sahib olmaq üçün sadəcə Arzu Nağıyevə səs vermək, onunla həmrəylik nümayiş etdirmək kifayətdir. (moderator.az)