“Məhz bu fakt Suriya höküməti və münaqişənin diğər tərəfləri olan kənar oyunçu ölkələri narahat etmir” “Məhz bu fakt Suriya höküməti və münaqişənin diğər tərəfləri olan kənar oyunçu ölkələri narahat etmir”

İdlibdəki gərginləşməyə səbəb nədir? – Politoloq şərh edir

“Məhz bu fakt Suriya höküməti və münaqişənin diğər tərəfləri olan kənar oyunçu ölkələri narahat etmir”

“Bu günlərdə BMT-nin Humanitar İşlərin Əlaqələndirici Departamentinin İdliblə bağlı paylaşdığı məlumatda ötən ilin dekabr ayından bəri əsasən qadın və uşaq olmaqla, 700 min nəfərin İdlibdən köç etməsini qeyd edib. BMT-nin məlumatından da aydın olur ki bu, Suriyanın İdlib ərazisində yaşanmış ən böyük köç sayılır. Bölgədə vəziyyətin təhlükəlilik dərəcəsi BMT-nin məlumatlarından da aydın olur: BMT İdlibin qəbiristanlığa çevrilməməsi üçün tərəfləri qarşıdurmaları təcili dayandırnağa çağırır. Həmçinin bu həftə BMT Təhlükəsizlik Şurası da Böyük Britaniyanın təklifi ilə İdlibdəki vəziyyəti müzakirə etmək üçün toplaşacağı haqqında məlumatlar getdi”.

Bu fikirləri AzNews.az-a politoloq Yeganə Hacıyeva BMT-nin İdliblə bağlı xəbərdarlığını şərh edərkən deyib.

O bildirib ki, Suriyada sülhlə bağlı Astana prosesinin qarantı olan ölkələr Türkiyə, Rusiya və İran arasında fikir ayrılıqları həmişə mövcud olub: “2017-ci ildən Türkiyə və Rusiya, İranla birlikdə, hər üç ölkənin zəmanəti altında Suriyadakı vətəndaş müharibəsinin sona çatması üçün gərginliyin azalması və deskolasiya zonaları yaradıldı. Hər üç ölkənin zəmanəti ilə Süriyada bütün milli legitim tərəflərin iştirak ilə Milli Barışıq Konsepsiyası işləndi, ardınca Soçidə bütün tərəflərin iştirakı ilə “Suriya Milli Barışıq Dialogu” Konqresi keçirildi. Konqresdə BMT-nin nəzarəti altında Suriyada azad və ədalətli seçkilər keçirilməsi üçün xalqın dəstəyini alacaq Konstitusiya hazırlamaq qərara alındı, konstitusiyanın işlənməsi üçün Suriyada legitim milli qüvvələrin təmsilçiliyi ilə 150 nəfərlik işçi qruplar, komissiyalar yaradıldı.

Prosesdə rəsmi Moskva vətəndaş müharibəsinin ilk günlərində olduğu kimi Bəşər Əsədin müttəfiqi kimi çıxış edir, rəsmi Ankara milli müxalif qüvvələri dəstəkləyir. İran isə hər iki cəbhədə şiə qruplarını dəstəkləyirdi. Hazırkı gərginlik Astana və Soçi razılaşması üzərindən prosesdəki razılaşdırılmamış məqamlar üzərindən meydana çıxan fikir ayrılıqları üzərindən İdlibdəki eskalasiya zonasını gərginləşdirib”.

İdlibdəki proseslərin necə inkşaf edəcəyi barədə danışan Y.Hacıyeva qeyd edib ki, öncə bu bölgədə eskalasiyanın qlobal proseslərə təsiri haqqında kiçik bir arayış verməyə ehtiyac duyulur: “Bölgənin, ümumilikdə ölkənin yerləşdiyi Yaxın Şərq regionu geosiyasi, iqtisadi və hərb-strateji əhəmiyyətə malik regiondur. Unikal mineral ehtiyatların, qlobal iqtisadiyyatın normal fəaliyyətinin əsasını təşkil edən karbohidrogen ehtiyatları ilə zəngin, Avropa, Asiya və Afrikanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşən regiondur. Yaxın Şərq regionundan dünya iqtisadi əlaqələrində mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətləri keçir və region həmçinin dünyada sülhə və təhlükəsizliyə hədə yaradan siyasi və dini ekstremizmin, çoxlu sayda terror təşkilatının fəaliyyət göstərdiyi və oradan da dünyaya yayıldığı bir regiondur. Region ölkələrindən biri kimi Türkiyə öz dövləti maraqlarını müdafiəsi ehtiyacı üzərindən münaqişəyə cəlb olunmuş və münaqişənin həlli üçün ciddi səy göstərən bir tərəfdir. Bu gün İdlibdə Suriya qüvvələrinin hücum etdiyi Türkiyə artıq 8 ildir öz ərazisində Suriyanın 3 millyon qaçqın vətəndaşını himayə edir. Türkiyənin İdlibdə mövcudluğu çoxmilyardlıq yükü olan 3 milyon qaçqının geri qayıtması üçün uyğun şərtlərin yaradılması ehtiyacından doğur. Bunu da qeyd edim ki, məhz bu fakt Suriya höküməti və münaqişənin diğər tərəfləri olan kənar oyunçu ölkələri demək olar ki, narahat etmir”.

Gərginliyin mümkün inkşafı ssenarisindən danışan politoloq əlavə edib ki, Türkiyə və Rusiya arasında Astana və Soçi razılaşmalarını yerinə yetirməsi öhdəliyi və məsuliyyəti çərçivəsində davam etməlidir: “Suriya ilə bağlı Astana və Soçidəki sülh danışıqları ilə strateji bir mərhələyə çatan Ankara-Moskva münasibətləri İdlibdə ciddi çat versə də, bu münasibətlərin dayanacağını iddia etmək olmaz və ümumilikdə Yaxın Şərq Regionunda, Suriyada sülh bu iki dövlətin razılaşmasında birbaşa asılıdır. Rus general Türkiyənin Soçi razılaşması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini və Suriya ordusunun hücum əməliyyatının ilk növbədə Hayat Tahrir al-Sham İslam Alyansına (HTS, tərkibində aparıcı rolu Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması oynayır “Jebhat Fath al-Sham”, əvvəllər “Cebhat əl-Nusra”) və müttəfiqləri Suriyadakı “yer üzündə”. Sonuncular arasında türkpərəst “Milli Azadlıq Cəbhəsi”nin (NFO) yaraqlıları da var. Çünki Türkiyə qoşunları ilə Suriya rejimi arasında toqquşma və bunun üzərindən Türkiyə və Rusiya hərbi qüvvələrinin regionda birbaşa qarşıdurmaya girmə riski mühüm iqtisadi və strateji yolların kəsişmısində baş verən bir gərginlik kimi qlobal iqtisadiyyatda neqativ təsir edəcək”.

Ləman Hüseynzadə