Şikayətə baxılıb Şikayətə baxılıb

İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu?

Şikayətə baxılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı seçki dairəsi Zəngilan Qubadlı seçki dairəsindən qeydə alınmış deputatlığa namizədlərin şikayətinə baxılıb.

Müraciət barədə məlumatı MSK üzvü Tofiq Həsənov səsləndirib.

O, qeyd edib ki, deputatlığa namizədlər Faiq Kərimov və Nazim Azadoğlu seçki məntəqələrindəki qanun pozuntularından şikayətçidir.

MSK üzvü müraciətin araşdırıldığını və 10, 32, 37, 38, 40 və 55 saylı seçki məntəqələrində qeydə alınmış və sosial şəbəkələrdə yerləşdirilən görüntülərdə pozuntuların qeydə alındığını deyib.

T. Həsənov araşdırmaların nəticəsində 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində nəticələrin ləğvini təklif edib.

MSK-nın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin edilib. Yuxarıda səsləndirilən məntəqələr üzrə nəticələr ləğv edilib.

Xatırladaq ki, 11 məntəqənin ləğvi həmin dairə üzrə nəticələrin tamamilə ləğv edilməsi üçün tələb olunan 2/5 nisbətini ödəmir. (Modern.az)

AzNews.az