Bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib Bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib

Moldova Dağlıq Qarabağda keçirilən «seçkiləri» qanunsuz sayır

Bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib

Moldova Xarici işlər və Avropaya inteqrasiya nazirliyi 31 mart 2020 tarixində Dağlıq Qarabağ bölgəsində keçirilən BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə zidd olan qondarma «prezident və parlament seçkilərini» qanunsuz sayır.

AzNews.az-ın məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, bölgədə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Dağlıq Qarabağ regionun xüsusi statusun müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in himayəsi altında danışıqlar prosesinin aparıldığını nəzərə alaraq, Moldova Respublikası bu qondarma seçkiləri tanımır.

Bu kontekstdə, Xarici işlər və Avropaya inteqrasiya nazirliyi Moldova Respublikasının beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk Qrupu və həmsədrləri tərəfindən Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişənin sülh və hərtərəfli siyasi həlli yolu istiqamətində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsirli töhfə verə biləcək səylərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiq edir.