Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin bu gün keçirilən iclasında

Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında

Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təsdiq edilib.

Məlumata görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklikdə cinayətlərin dekriminallaşdırılması təklif edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur.

Eyni zamanda 30 cinayətə görə azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (Trend)

AzNews.az