- Siyasi müzakirə
- 5 Avqust 2020 10:30
- 3 274
Azərbaycan XİN Livana başsağlığı verib
“Twitter” səhifəsində
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.
AzNews.az-ın məlumatına görə, başsağlığı XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.
Başsağlığında deyilir: "Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələri və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik".