Məhdudiyyət qoyulub Məhdudiyyət qoyulub

Elmar Məmmədyarov ölkədən çıxa bilməz

Məhdudiyyət qoyulub

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

AzNews.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.

Məlumatda bildirilir ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korrupsiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.

“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır”, - deyə mənbə bildirib.

Qeyd edək ki, Elmar Məmmədyarov Ermənistanın Tovuz təxribatı zamanı ölkə başçısının sərt tənqidlərinə məruz qaldıqdan sonra vəzifəsindən azad edilib.