Əks hücum əməliyyatlarımızın uğurla davam etməsi böyük qələbənin bir addımlığında olmağımızı göstərir Əks hücum əməliyyatlarımızın uğurla davam etməsi böyük qələbənin bir addımlığında olmağımızı göstərir

"Hər ötən gün bizi qələbəyə daha da yaxınlaşdırır" -Azər Badamov

Əks hücum əməliyyatlarımızın uğurla davam etməsi böyük qələbənin bir addımlığında olmağımızı göstərir

"Döyüş meydanındakı uğurlar, xalqımızdakı ruh yüksəkliyi və vaxtında düşünülmüş qərarlar verə bilən iradəli Ali Baş Komandanımızın olması böyük qələbəni tezləşdirir. Əks hücumların başlanmasından qısa bir zaman keçməsinə baxmayaraq müzəffər ordumuz işğal altyındakı torpaqlarımızın bir qismi azad edib və düşmənin dərinliyində yerləşən legitim hədəfləri sərrast atəşləri ilə məhv etməkdədir".

Bu sözləri AzNews.az-a açıqlamasında Millət vəkili Azər Badamov bildirib.

Onun sözlərinə görə, hər ötən gün addımbaaddım irəliləyən ordumuz yeni mövqeləri nəzarəti altına keçirir:

"Ermənilərdə qorxu, ruhdan düşmə və kütləvi Dağlıq Qarabağdan qaçma sürətlənib. Hətta xarici mənbələrdə qeyd olunur ki, Xankəndindən qaçanlar qaçmaq üçün nəqliyyatın növbəsində dayanıblar. Düşmən etiraf etməyə başlayıb ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan ordusu yaxın günlərdə Xankəndinə gəlib çatacaq, buna görə də vaxtında canlarını qurtarmaq lazımdır. Onlar ordumuzun qarşısında aciz durumdadırlar. Bu gün küçədə balacasından-böyüyə qədər kimdən soruşsan hamının bir arzusu var, o da torpaqlarımızın işğaldan azad olunmasıdır. Erməni mərmisinə tuş gəlmiş mülkü obyektlərin sahibləri də hamılıqla eyni fikiri ifadə edirlər. Hər yaşayış məntəqəsi azad olunanda xalqımız bayram edir. Bu onu göstərir ki, torpaqlarımız 30 il işğal altında qalmasından xalqımız çox əziyyət çəkib. Əks hücum əməliyyatlarımızın uğurla davam etməsi böyük qələbənin bir addımlığında olmağımızı göstərir".

Deputat torpaqlarımızın düşməndən azad olunmasından sonra həyata keçirmək istədiyi arzularından da danışıb:

"Birinci arzum tezliklə qələbəyə nail olamğımızdır. Hər ötən gün bizi qələbəyə daha da yaxınlaşdırır. Torpaqlar işğaldan tam azad olunandan sonra Şuşaya getmək, Xankəndini gəzmək və uzun illər qaçqın həyatını yaşamış insanlarla öz dogma yurdlarında görüşmək ən böyük arzumdur. Mən tam əminliklə inanıram ki, arzularımızın reallaşmasına çox az qalıb".

Səidə

AzNews.az