"Erməniləri informasiya müharibəsindəki meydandan da iti qovan kimi qovuruq, qovacağıq!" "Erməniləri informasiya müharibəsindəki meydandan da iti qovan kimi qovuruq, qovacağıq!"

Yetər artıq, çox susmuşuq - Baş redaktor

"Erməniləri informasiya müharibəsindəki meydandan da iti qovan kimi qovuruq, qovacağıq!"

"Şanlı Ordumuz döyüş meydanında mənfur düşmənlərlə mübarizə apararaq onları "iti qovan kimi" qovduqları kimi, biz də informasiya müharibəsində çox uğurla mübarizə aparır, onları faktlarla tamamilə susdururuq. Təəssüflər olsun ki, düşmənlərimizin bir sıra xarici media vasitələrində havadarları olduğundan çoxsaylı birtərəfli, qərəzli yazılar tirajlanır".

Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi, "24Media.az" saytının baş redaktoru Anzulə Pərvizqızı bildirib.

Anzulə Pərvizqızı buna baxmayaraq həmin yazıların sosial şəbəkələr vasitəsilə tərəfimizdən ifşa olunduğunu da qeyd edib: "Həmin media rəhbərlərinə müraciət olunaraq terrorçuları, saxtakarları heç bir əsaslı faktlara istinad etmədən, birtərəfli dəstəklədikləri üçün qınayırıq. Elmi, tarixi faktlara əsasən, istər video, istər mətn formasında materiallar hər tərəfdə paylaşılaraq ermənilərin əsl yalançı, fırıldaqçı simaları ifşa edilir və sona qədər gedəcəyik. Yetər artıq, çox susmuşuq.

Azərbaycan Ordusu 1990-cı illərin ordusu olmadığı kimi, Azərbaycan vətəndaşı, gənci də biliklə güclü silahlanıb. Hansı platformaya baxsanız oradan azərbaycanlılarımızın müxtəlif dillərdə yayımladıqları savadlı, faktlara söykənən Qarabağ həqiqətlərindən bəhs edən çıxışlarının şahidi ola bilərsiniz. Qeyd etdiyim kimi, erməniləri informasiya müharibəsindəki meydandan da iti qovan kimi qovuruq, qovacağıq!"

Səidə

AzNews.az