Çıxışının sonunda YAP Sədrinin müavini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib Çıxışının sonunda YAP Sədrinin müavini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib

Əli Əhmədov Şanxay Əməkdaşlıq Təşkilatının keçirdiyi Forumda iştirak edib

Çıxışının sonunda YAP Sədrinin müavini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib

Oktyabrın 23-də Şanxay Əməkdaşlıq Təşkilatının “İnsanlar üçün iqtisadiyyat” mövzusunda videokonfrans formatında Beynəlxalq Partiyalararası Forumu keçirilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, forumda çıxış edən Rusiya Federasiyası Dövlət Dumasının Sağlamlıq qorunması üzrə komitəsinin sədri Dmitri Morozov mövzunun aktuallığından danışıb. O, bu məsələdə Şanxay Əməkdaşlıq Təşkilatının rolunu vurğulayıb, o cümlədən siyasi partiyaların verə biləcəyi töhfələrdən bəhs edib.

Daha sonra Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko, Qazaxıstan Respublikasının Səhiyyə naziri Aleksey Çoy, Çin Xalq Respublikasının Səhiyyə nazirinin müavini Yu Syejun çıxış edərək COVİD-19 infeksiyasının ölkələrin sosial-iqtisadi həyatına təsiri və pandemiya ilə mübarizə tədbirləri haqqında fikirlərini bildiriblər.

Forumda Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “COVİD-19 pandemiyasının sosial-iqtisadi nəticələrinə və təhlükəli yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizədə məsul siyasi partiyaların rolu” mövzusunda çıxış edib.

COVİD-19 pandemiyasının Azərbaycandan da yan keçmədiyi deyən Əli Əhmədov bildirib ki, təhlükəli xəstəliyin qarşısının alınması ilə əlaqədar ölkə rəhbərliyi vaxtında qabaqlayıcı tədbirlər həyata keçirib.

Əli Əhmədov qeyd edib ki, görülən profilaktik tədbirlər nəticəsində koronavirusla bağlı vəziyyət nəzarətdə saxlanıla bilər: “Bütün ölkələrdə olduğu kimi, pandemiya da respublikamızın həyatında dərin sosial-iqtisadi nəticələrlə müşayiət olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə ÜDM-in on faiz və ya daha çox azalması fonunda bunun ən nikbin ssenarilərdən birini Azərbaycanda olduğunu deyə bilərik. Ancaq bu, koronavirusun iqtisadi və sosial nəticələrinə qarşı mübarizəyə diqqəti zəiflətmək üçün bir səbəb deyil. Bu sahədə Azərbaycan hökumətinin davranış modeli bir çox cəhətdən bir çox ölkənin hökumətlərinin fəaliyyəti ilə üst-üstə düşür. Bu model, birincisi, əhalinin, xüsusən onun yoxsul hissəsinə sosial dəstəyi, ikincisi, kiçik və orta sahibkarlığa geniş dəstək, üçüncüsü, karantin rejiminin tətbiqi nəticəsində qazancından məhrum olan vətəndaşlara əmək haqqının ödənilməsi kimi tədbirləri əhatə edir”.

Çıxışının sonunda YAP Sədrinin müavini sentyabrın 27-dən etibarən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib.

Forumda həmçinin, digər çıxış edənlər də toplantının mövzusu barədə fikrilərini bildiriblər.