- Siyasi müzakirə
- 19 Dekabr 2020 20:08
- 5 311
Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək

Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır
Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.
Əfqanıstanın Azərbaycandakı səfirliyindən AzNews.az-a bildirilib ki, səfərin məqsədi Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə fikir mübadiləsi aparmaq, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.
Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.