Şəkilləri də təqdim edə bilərəm... Şəkilləri də təqdim edə bilərəm...

Pənah Hüseyn: “Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına”

Şəkilləri də təqdim edə bilərəm...

Sabiq Baş Nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı arasında debat zamanı qalmaqal olub.

AzNews.az-ın Pravda.az-a istinadən xəbərinə görə, N.Pənahlı P.Hüseyni və digərlərini Dövlət Təhlükəsizlik Komitəsinin “agent”i adlandırıb.

“Pənah Hüseyn Baş Nazir vəzifəsində çalışanda və digər vaxtlarda da üstümə gəldi, bacarmadı. Hətta bir dəfə hücum etdi, onda da qolu qırıldı, 6 ay sarıqlı gəzdi” – N.Pənahlı bildirib.

P.Hüseyn isə ona belə cavab verib: “Başına yumruq vurdum, girdin stolun altına. Şəkilləri də təqdim edə bilərəm...”