“Ağ” partiya lideri Tural Abbaslının müxalifət partiyalarının rəhbərlərinin reytinq siyahısını yayması digər siyasi liderlər tərəfindən bir mənalı qarşılanmayıb. Belə ki, T.Abbaslının sosial şəbəkədə yayımladığı siyahıda birinci pillədə özü, 2-ci yerdə AXCP sədri Əli Kərimli, 3-cü yerdə isə “Ümid” partiyasının lideri İqbal Ağazadə qərarlaşıb “Ağ” partiya lideri Tural Abbaslının müxalifət partiyalarının rəhbərlərinin reytinq siyahısını yayması digər siyasi liderlər tərəfindən bir mənalı qarşılanmayıb. Belə ki, T.Abbaslının sosial şəbəkədə yayımladığı siyahıda birinci pillədə özü, 2-ci yerdə AXCP sədri Əli Kərimli, 3-cü yerdə isə “Ümid” partiyasının lideri İqbal Ağazadə qərarlaşıb

“Kimin baş, kimin axır olacağını seçki müəyyənləşdirəcək ” - Etibar Məmmədovdan Tural Abbaslıya CAVAB

“Ağ” partiya lideri Tural Abbaslının müxalifət partiyalarının rəhbərlərinin reytinq siyahısını yayması digər siyasi liderlər tərəfindən bir mənalı qarşılanmayıb. Belə ki, T.Abbaslının sosial şəbəkədə yayımladığı siyahıda birinci pillədə özü, 2-ci yerdə AXCP sədri Əli Kərimli, 3-cü yerdə isə “Ümid” partiyasının lideri İqbal Ağazadə qərarlaşıb

Məsələ ilə bağlı bir çox müxalif partiya liderləri öz mövqeləri ilə çıxış ediblər.

Ednews mövzunun aktuallığını nəzərə alaraq, hazırda aktiv siyasi fəaliyyətindən uzaqlaşan, keçmiş müxalifət liderlərindən biri olmuş Etibar Məmmədovun fikirlərini öyrənməyə çalışıb. Məsələ ilə bağlı o, bildirib ki, ümumiyyətlə bu siyahı haqqında eşitməyib və belə bir sıralamanın olduğundan xəbərsizdir.

Lakin...

“Ümumiyyətlə heç kimi belə bir siyahının nə başına, nə də sonuna qoymaq fikrim yoxdur”,- deyə o, bu məsələyə mövqeyini belə izah edib.

E.Məmmədov həmçinin qeyd edib ki, belə bir seçki keçirilərsə bu barədə qərarı da o verməlidir. Onun sözlərinə görə, hər bir insan istədiyi kimi xalqın adından istifadə edə bilməz.

“Əgər seçki olsa xalq onları yerini müəyyənləşdirəcək, kimini başa, kimini də axıra qoyacaq.

Sonda keçmiş müxalifət lideri bildirib ki, hələ ki, siyasətlə aktiv məşğul olmaq fikri yoxdur.