Pənah Hüseyn oğlunu müavin təyin etdi

"AXP İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirildi".

Bu barədə partiyanın sədri Pənah Hüseyn məlumat verib.

Partiya sədrinin sözlərinə görə, Qiyas Sadıqov AXP sədrinin 1- ci müavini, Hüseyn Mehdiyev, Hüseyn Behbudov, Emin Əliyev, Vaqif Hüseyn isə sədrin müavinləri təyin olunub.

İclasda həmçinin AXP-nin yerli təşkilatları haqqında müvəqqəti əsasnamə və partiyanın üzvlük vəsiqəsinin yeni vahid forması təsdiq edilib.

Xanoğlan Qulu AXP Sabirabad, Ədalət Tanrıverdiyev Bərdə, Hüseyn Behbudov Ağdam yerli təşkilatlarının sədrləri təyin ediliblər.

Xatırladaq ki, AXP sədrinin müavini təyin olunan Vaqif Hüseyn ixtisasca hüquqşünasdır, 44 günlük İkinci Qarabağ Müharibəsində zabit kimi iştirak edib. O, Pənah Hüseynin oğludur.

AzNews.az