• Qərb
  • 8 Fevral 23:21
  •  2 273

Vensin Azərbaycana səfər tarixi açıqlanıb

ABŞ-ın vitse-prezidenti Devid Vens 9-10 fevral tarixlərində Ermənistana, daha sonra isə 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

AzNews.az xəbər verir ki, bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlaması zamanı məlumat verib.

O Vensin çərşənbə axşamı Vaşinqtona qayıdacağını deyib. Səfərin mövzusu barədə heç bir açıqlama verilməyib.

AzNews.az