- Toplum
- 14:12
- 1 951
Bakı–Sumqayıt yolunda müvəqqəti məhdudiyyət tətbiq edilib
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən:
- Bakı-Sumqayıt şosesi Sumqayıt;
- Tbilisi prospekti, Sumqayıt;
- Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;
- Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;
- Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.
Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
Aznews.az