- Siyasi müzakirə
- 23 Fevral 2023 15:56
- 4 934
" Bizə problem yaradacaq heç nə yoxdur" - QHT sədrindən açıqlama

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib.
Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın Azərbaycana, Azərbaycanın Ermənistana qarşı verdiyi şikayətlə bağlı Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov AzNews.az-a fikirlərini bildirib:
1. Hər iki dövlət bir-birinə qarşı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya isinad etməklə şikayət verib. Hər iki tərəf hesab edir ki, qarşı tərəf onun xalqına qarşı (Ermənistan ermənilərə qarşı, Azərbaycan azərbaycanlılara qarşı) irqi ayrı-seçkilik aparır və konvensiya ilə üzərinə götürdüyü öhdəliyi pozur.
2. Beynəlxalq Ədalət Məhkəməsi hər iki tərəfin şikayətinə (iddasına) mahiyyəti üzrə baxmayıb. Mən media və sosial mediada görürəm ki, anlayışı olmayanlar, xüsusən qərəzli olanlar "Məhkəmə Azərbaycanın Ermənistana qarşı iddasını rədd etdi" kimi cəfəng fikirlər yazırlar. Ya naşılıqdan, ya qərəzdən ya da erməni sevgisindən dolayı.
3. Ermənistan iki dəfə, Azərbaycan da iki dəfə işə mahiyyəti üzrə baxılanadək müvəqqəti və təxirəsalınmaz tədbirlərin görülməsi xahişi ilə məhkəməyə vəsatət verib. Ermənistanın sonucu vəsatəti qismən təmin edilsə də, Azərbaycanın vəsatəti qəbul olunmayıb.
Azərbaycanın vəsatəti niyə qəbul olunmayıb? Əlbəttə ortada qərəzli münasibət, Ermənistanın informasiya kampaniyasının daha ünvanlı və sürəkli olamsı, Ermənistanın məhkəmə prosesinə BƏM-də yaxşı tanınan hüquqşünaslər cəlb etməsi və s. amillər də var. Amma mənim qənaətimə görə, Azərbaycan Ermənistanın bütün hərkətlərini güzgü şəkilində təkrar etməməlidir. Biz sonuncu vəsatəti vermək əvəzinə ermənilərin verdiyi absurd vəsatətlərin rədd edilməsi üçün çox ciddi sübutlar təqdim etməli idik.
Bizim verdiyimiz vəsatətlə bağlı isə məhkəmə onsuz da qərəzli olmasa belə qərar qəbul etməkdə çətinlik çəkəcəkdi. Biz bəzən özümüz üçün tam aydın olan məsələnin başqaları üçün də tam aydın olması qənaətində oluruq. Hətta hesab edirik ki, sübutları məhkəmənin özü toplamalıdır. Nəzərə almaq lazım idi ki, bu pis-yaxşı BMT-nin məhkəməsidir. Ya sübutlar mükəmməl olmalı idi, ya da vəsatət verilməli deyildi. BƏM "Ermənistan Azərbaycan ərazilərində piyadalar əleyhinə minaları basdırmağı dayandırsın" qərarını verəsi deyildi. Bu əvvəldən görünürdü. Biz əla bilirik ki, Ermənistan piyadalar əleyhinə minaları fürsət tapdıqca ərazilərimizə basdırmaqda davam edir və bunu arxasında irqi nifrət dayanır. Amma hamı bizə inanırmı?
4. Ermənilər 70 gündən artıqdır ki, qəsdən laçın yolunda öz nəqliyyat vasitələrindən istifadə etmirlər. Əhalinin də gediş-gəlişinə qəsdən mane olurlar. Elə effekt yarada biliblər ki, guya ancaq ağır xəstələr Qırımızı Xaç vasitəsi ilə Ermənistana aparıla bilir. Halbuki, öz təcili yardımlarından da istifadə etsəydilər heç bir maneə olmayacaqdı. Həmçinin mülki yükləri də qəsdən rus hərbi kontingetinin nəqliyyat vasitələrindən istifadə etməklə daşıyırdı. Kənardan görünən nə idi? Azərbaycan tərəfindən aksiya keçirənlər yalnız Rusiya həbi nəqliyyatına və Qırımızı Xaça gediş-gəliş icazəsi verib. Halbuki belə deyildi. Biz bunu sübut etmək, dünyaya göstərmək əvəzinə hər gün rus və Qırımızı Xaç nəqliyyat vasitələrini çəkib yayırdıq. Məsələn, XİN səfirliklərə müraciət edə bilərdi ki, gedin orda müşahidə aparın. Silah, narkotik və filizdən başqa nə daşıyırlar daşısınlar.
O ki, qaldı məhkəmənin müvəqqəti və təxirəsalınmaz tədbirlərə dair qərarı. Orda hüquqi baxımdan bizə problem yaradacaq heç nə yoxdur. Bu barədə dünən yazmışam. Amma bu erməni təbliğat maşını üçün uzunmüddətli enerji mənbəyi rolunu oyanayacaq.
Nəticə çıxarmalıyıq.
Müvafiq qurumlar bu işi bilənlərlə məsləhətləşsə yaxşı olar. Hələ gec deyil.