TDT-yə üzv dövlətlər Azərbaycanın suverenliyini tam bərpa etməsini məmuniyyətlə qarşılayır

19-20 sentyabr 2023-cü ildə aparılan lokal antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının suverenleyini tam olaraq yenidən bərpa etməsini məmuniyyətlə qarşılayır və Azərbaycan Respublikası hökumətinin yenidən bütövləşmə uğrunda fəaliyyətini dəstəklədiyimizi təsdiq edirik.

Aznews.az xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.

Bəyannamədə vurğulanıb ki, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə bu günə qədər üzv dövlətlər tərəfindən göstərilən dəstək alqışlanılır.

TDT-yə üzv dövlətlər bu istiqamətdə dəstəklərini bundan sonra davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər.