- Siyasi müzakirə
- 16:32
- 1 527
"Onların bu gün yenə ön sıralarda yer alması təəssüf doğurur" - Aqil Ələsgərdən 15 iyul mesajı

Azərbaycanda Fətullah Gülən şəbəkəsinə qarşı ardıcıl və sərt çıxışları ilə tanınan “Yeni Çağ” informasiya portalının baş redaktoru Aqil Ələsgər 15 iyulla bağlı sosial şəbəkədə diqqətçəkən paylaşım edib. O bildirib ki, 15 iyul dövlət çevrilişinə cəhd tarixi heç vaxt unudulmamalıdır, lakin daha vacib olan həmin gecə “kim harada idi və nə etdi” sualının cavabının da daim yadda saxlanılmasıdır.
Baş redaktor qeyd edib:
“15 iyullar unudulmamalıdır, lakin 15 iyul gecəsi kim harada idi və nə etdi, bu əsla unudulmamalıdır! Dünən FETÖ ilə eyni hovuzdan su içənlərin, 15 iyuldan əvvəl (bəziləri sonrasında da) FETÖ terror təşkilatına qarşı bircə cümləsi belə olmayanların bu gün yenə ön sıralarda yer alması insanı kədərləndirir... Yaşasın böyük və şanlı Türk Milləti!”
AzNews.az