"Mənim üçün mənəvi dəstək hər şeydən üstündür". "Mənim üçün mənəvi dəstək hər şeydən üstündür".
  • Hadisə
  • 17 Dekabr 2018 16:24
  •  4 802

"İnsanın məqsədi varsa, ona heç nə çətin görünmür" - Elvin Alməmmədov

"Mənim üçün mənəvi dəstək hər şeydən üstündür".

“Xeyirli olsun” layihəsinin bu dəfəki qonağı “Eyfel” parfum mağazasının rəhbəri Elvin Alməmmədovdur.

- Özünüzü təqdim edin.

- Elvin Alməmmədov, 23 yaşım var. 1995-ci ildə Ağstafa rayonunda anadan olmuşam. Azərbaycan Dillər Universitetinin alman dili tərcüməçiliyi fakültəsini bitirmişəm.

- Biznesiniz haqqında məlumat verə bilərsiniz?

- “Eyfel” parfum şirkəti Türkiyədə tanınmış parfum şirkətidir. Şirkət Azərbaycan bazarına yeni girib və çox yaxşı qarşılanıb. İstifadə edənlər daimi müştərilərə çevriliblər.

- Ətir satmaq hardan ağlınıza gəldi?

- Biznes qurmaq işi bir neçə il idi ki ağlımda idi. “Eyfel” parfumu Azərbaycana öz qohumum tərəfindən gətirilib. Bu işlə bağlı onunla və bu işlə məşğul olan insanlarla çox danışdım, məsləhətlər aldım. Daha sonra isə bu işlə məşğul olmağa başladım.

- Bu yaşda bizneslə məşğul olmaq çətin olmadı?

- Düzünü desəm, o qədər həvəsli idim ki, çətinliyi gözümə belə görsənmədi. Çox yorulurdum və hər şeyin ardınca tək özüm gedirdim. Məncə, insanın məqsədi varsa, ona heç nə çətin görünmür.

- Ailənizin reaksiyası necə oldu?

- Ailəm istəyirdi ki, mən dövlət işində işləyim, amma mən öz işimi qurmaq istəyirdim. Deyirdilər, işləyə-işləyə biznesini də qurarsan. Daha sonra fikrimin qəti olduğunu görüb dəstək oldular. Bu işdə ən çox mənəvi dəstək verən atam oldu. Mənim üçün mənəvi dəstək hər şeydən üstündür.

- Ətirləri hardan gətirirsiniz? Tələbat varmı?

- Ətirlər Türkiyədən gəlir, zavod istehsalı olan ətirlərdir. Bundan əlavə ev, maşın ətirlərimiz də var. 400-ə yaxın ətir çeşidimiz var. Bazarda yeni olsaq da bu ətirlərə tələbat var, insanlar çox yaxşı qarşılayır və sevə-sevə istifadə edirlər.

- Gənclərə nələr demək istəyərdiniz?

- Gənclərə öz istədikləri peşələrin arxasınca getməyi məsləhət görərdim. İnsan istədiyi işin arxasınca getdiyi vaxt daha uğur qazanır. Atam həmişə bu cümləni deyir “Harda olmağından, işləməyindən aslı olmayaraq öz peşəni sev və ona sevgi ilə yanaş”.

Nigar CƏFƏR

AzNews.az