Özümüz gedib müştərilərin evindən avadanlığı götürüb servisimizə aparırıq. Özümüz gedib müştərilərin evindən avadanlığı götürüb servisimizə aparırıq.
  • Hadisə
  • 7 Yanvar 2019 16:05
  •  5 948

Müştərilərə nömrə verib "bura müraciət edin" demirik - Vüsal Mustafayev

Özümüz gedib müştərilərin evindən avadanlığı götürüb servisimizə aparırıq.

“Xeyirli olsun” layihəsinin bu dəfəki qonağı “Uğur elektroniks” şirkətinin rəhbəri Vüsal Mustafayevdir.

-Özünüzü təqdim edin.

-Mən Vüsal Mustafayev 1983-cü il avqustun 26-da dünyaya gəlmişəm. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və auditi ixtisasına daxil olub, 2004-cü ildə universiteti bitirmişəm. Tələbə vaxtlarımda jurnalistikaya marağım var idi. Bir neçə müddət jurnalist kimi fəaliyyət göstərmişəm.

-Bəs niyə jurnalistikadan uzaqlaşdınız?

-Jurnalistika ilə tələbə vaxtı məşğul olmuşam. Bir müddət sonra anladım ki, bu iş mənlik deyil. Burada çalışmaq üçün peşəkar olmalısan və mən bu işin peşəkarı deyildim. Bu səbəbdən də uzaqlaşdım. Elə yaxşı ki, uzaqlaşmışam.

-Niyə ki?

-Çünki mən bu işdə rahat deyildim. Jurnalistika fərqli işdir. Jurnalistikada qalsa idim, indiki kimi rahat olmayacaydım.

-“Uğur elektroniks”in ilk mağazasını açmaq hardan ağlınıza gəldi?

-2005-ci ildə əsgərlikdən gəldikdən sonra 7 il “Baku Electronics” şirkətində işlədim. Bir müddət satış müdüri, bir müddət sonra isə mərkəzi filial direktoru kimi fəaliyyət göstərdim. Elektronika sahəsinə hər zaman marağım var idi. Elə buna görə də “Uğur elektroniks” şirkətini açmağa qərar verdim. Bu şirkəti açmaqda “Baku Electronics”də qazandığım təcrübə bizə çox kömək oldu.

-Nəyə görə “Uğur”?

- Uğurlu olmaq hər bir iş adamın məqsədidir. Həm də düzü oğlumun adı Uğurdur. Buna görə də bu adı seçdim.

-“Uğur elektroniks” haqqında bizə məlumat verə bilərsiniz?

-Şirkət artıq 6 ildir fəaliyyətdədir. Mağazamızın bu illər ərzində Sumqayıtda olmasına baxmayaraq Bakı şəhərindən də müştərilərimiz çoxdur. Bir çox tanınan simalar bizim mağazamıza tez-tez üz tutur. Bizim üçün şirkətimizin mənəvi dəyəri maddi dəyərindən dəfələrlə çoxdur.

-Bakıdakı müştərilər nəyə görə sizi seçirlər?

-Bizim Bakıdakı mağazalardan fərqimiz müştərilərlə olan münasibətimizdir. Bakıdakı böyük mağaza şəbəkələri müştərilərinə istəsələr də biz qədər güzəşt edə bilməzlər. Çünki onların şərtləri, qaydaları konkretdir. Qiymət faktoru da var ki, bizim mallar Bakıdakından bir az daha münasibdir. Və məncə ən əsası bizim müştərilərin bizdən aldığı avadanlıq xarab olanda biz müştərilərə ünvan və ya nömrə verib "bura müraciət edin" demirik. Özümüz gedib müştərilərin evindən avadanlığı götürüb servisimizə aparırıq. Əgər həmin avadanlığın servisdə uzun müddət qalacağını müəyyənləşdirsək, müştərilərimizə yeni avadanlıq verib digərini təmir edirik. Bir də əməkdaşlarımızda işlərinə sıradan bir işçi kimi deyil, bu işin sahibləri kimi yanaşırlar, bizim də əsas uğurlarımızdan biri elə budur.

-Avadanlıqları xaricdən alırsınız, ya Azərbaycandan?

-Hamısını Azərbaycandan alırıq. Brend markalar var ki, onların hər birinin Azərbaycanda satış dillerləri var. Onlarla müqavilələrimiz var və əməkdaşlıq edirik. Demək olar ki, mağazamızda heç bir avadanlıq xaricdən gətirilmir.

-Yeni nə planlarınız var?

-Yaxın müddətdə Bakı filialımız və onlayn alış-veriş saytımız fəaliyyətə başlayacaq. Saytımız demək olar hazırdır, bir həftə ərzində fəaliyyətə keçəcək. Artıq müştərilərimiz Azərbaycanın istənilən yerindən məhsul sifariş verə biləcək. Saytımızın adı isə “Ugurstore.az”dır. Əsas məqsədlərimizdən biri isə mərkəzi Sumqayıt olmaqla mağazalar şəbəkəsi yaratmaqdır.

Nigar CƏFƏR

AzNews.az

image description image description