İstəyirik ki, nəinki kənardan gələn aktyorlara, hətta teatrın öz əməkdaşlarına da yüksək qonarar verək. İstəyirik ki, nəinki kənardan gələn aktyorlara, hətta teatrın öz əməkdaşlarına da yüksək qonarar verək.
  • Hadisə
  • 27 Yanvar 2019 22:11
  •  13 621

“Aktyor lüt səhnəyə çıxdı” - Elmin Bədəlov

İstəyirik ki, nəinki kənardan gələn aktyorlara, hətta teatrın öz əməkdaşlarına da yüksək qonarar verək.

“Morze əlifbası” layihəsinin bu günkü qonağı ADO teatrının baş rejissoru Elmin Bədəlovdur.

- ADO teatrı yarandığı gündən quruluş verdiyi tamaşaları, açıq-saçıq səhnələri ilə gündəmi zəbt edib. Amma son vaxtlar teatrın səsi gəlmir. İctimai qınaqdan qorxdunuz, yoxsa tamaşalarınızı tənqid edən aktyorlardan?

- İncəsənət sərhəd tanımır. Azərbaycan teatrlarında, mədəniyyətində bəzi şəxslər var ki, düşmən mövqeyindən çıxış edirlər. Onlar belə məsələlərdə kobud rəftar eləməklə həm dövlət qurumlarının fikirlərini çaşdırırlar, həm də Azərbaycan mədəniyyətinə böyük zərbə vururlar. Məsələn, xüsusu ilə də Akademik Milli Dram Teatrının aktyorlarının bu məsələdə böyük rolu var. Onların düşmən mövqeyinə görə Azərbaycan mədəniyyəti, teatr aləmi bu gündədir. Biz bununla bağlı dəfələrlə çağırışlar etmişik. Demişik ki, fikirlərinizdən əl çəkin. Burada bir neçə nüans var. ADO teatrı dövlət qurumu olmadığından, hansısa şəxsin qarşısında əyilmədiyindən, yaltaqlanmadığından bizim təklifləri eşidən yoxdur. Özləri pis vəziyyətə düşüb deyə bizim mövqeyi qəbul edə bilmirlər. Bu onlarda aqresiya yaradıb və başlayıblar bizi söyməyə. Amma öz teatrlarının səhnəsində aktyor lüt səhnəyə çıxdı, bunu görməzlikdən gəlirlər. İkincisi, yaşlı nəslin nümayəndələri XXI əsri qəbul etmək istəmirlər. Anlamırlar ki, zaman dəyişib, müasir mədəniyyətimiz var, böyük bir mərhələ formalaşıb. Yeniliyi qəbul etmirlər deyə həmişə bizi tənqid edirlər. Yeniliklər onlarda komplekslər yaradır və başlayırlar bizi söyməyə. Üçüncüsü, bir qrup adamlar var ki, onlar işləmir və ancaq təxribatlarla məşğuldurlar. İncəsənətlə məşğul olan, Azərbaycan mədəniyyətinə dəstək olan insanları vurub əzməyə çalışırlar. Əslində dövlət bizə dəstək olmalıdır. Onlar deməlidir ki, əziyyət çəkirsiniz, öz gücünüz hesabına xarici ölkələrə gedirsiniz, Azərbaycanı təmsil edirsiniz. Azərbaycanın ilk müstəqil teatrısınız, çox sağ olun ki, bunu edirsiniz. Xarici ölkələrdən gələn turistlər ancaq bizim teatra gəlir. Bizə maddi və mənəvi cəhətdən dəstək olmaqdansa, təhqir edirlər. Eyni zamanda, onlar dövlət teatrlarıdır. Bunu edə bilmirlərsə, heç olmasa bizə dəstək olsunlar. Aktyorlar var ki, cəsarətsizdirlər, çünki belə tamaşalar Azərbaycanda ilk dəfə təqdim olunur deyə bu, insanlarda çaşqınlıq yaradır. Adamlar bəzən həmin səhnələri başa düşmürlər. Amma zaman keçdikçə bunlar başa düşüləcək. Teatrın tamaşalarına etiraz edənlər olsa da teatr 6 ildir ki, yaşayır. Bu teatrdan bilet alırlar, tamaşalarına baxırlar. Tamaşaçılarımızın sayı çoxalır. Əgər bu teatrın biletini alan olmasa çox güman ki, çoxdan bağlanardı. Bizi deyib gələnlərin marağına hörmət etmək lazımdır.

- Yuxarıda dediniz ki, “Akademik” teatrın səhnəsində aktyor lüt səhnəyə çıxıb. Bu, hansı tamaşada baş verib?

- Rusiyadan aktyorlar gəlmişdi. Onlar tədqim etdiyi tamaşada aktyor lüt səhnəyə çıxıb. Zalda da Azər Paşa Nemətov və digər aktyorlar olub. Necə olur, biz belə səhnələr tədqim edəndə bizi qəbul etmirlər, “ayıbdır” deyirlər, amma özləri həmin aktyorun oyununa əl çalırlar?

- Qarşıda yenə səs-küyə səbəb ola biləcək layihələriniz varmı?

-Teatrın repertuarına yeni əsərlər əlavə etmək fikirindəyik. “Heyvan tutan” adlı povest var, onu hazırlayacam. Əsərdəki motivlərdən öz ideyalarım əsasında istifadə edəcəm. İngiltərədə yaşayan bir qadın var, onu Azərbaycana dəvət edəcəm. Onun qadın zorakılığı ilə bağlı layihələri var. Layihələrinin birində qadın yataq otağında tamami ilə lüt uzanıb. Bədənində çoxlu sayda qamçı üzləri var. Bu izlər döyülmüş qadının nümunəsidir. Otaqda ardı-sıra şəkillər asılıb, onun şeirləri səslənir. Qadın damarından axan qanı gül ləçəkləri kimi bədəninin üstünə səpir. Bəziləri fikirləşə bilər ki, bunun bir mənası yoxdur. Biz həmin qadını Azərbaycana gətirmək istəyirik. Qoy görsünlər ki, dünyada öz bədənlərindən incəsənət yaradanlar var. Dünyada çox sahələr və müxtəlif performans növləri var. Qadın bizdən qonarar istəmir, sadəcə onun yol pulunu ödəmək lazımdır. Müəyyən qurumlara yazıb bildirdik ki, bədənlərindən insəcənət yaratmaq istəyən qadınları Azərbaycana gətirməkdə bizə yardım əlinizi uzadın.

- Dövlət teatrlarından ADO-ya müraciət edən aktyorlar varmı?

- Bizdə çalışan aktyorların əksəriyyəti dövlət teatrlarında işləyən aktyorlardır. Onlar gəlib bizim tamaşalarda oynayırlar, rejissorları da bizimlə iş birliyi qururlar. Bunun səbəbini bizimlə işləyən aktyorlardan soruşanda deyirlər ki, ADO daha müstəqildir. Səhnədə istədiyi tamaşanı qoyurlar, fikirlərini yaxşı ifadə edirlər. Buna görə də bizimlə işləməyə daha çox maraq göstərirlər.

- Teatrda çalışan aktyorların əmək haqları necə verilir? Maaşla, yoxsa qonorarla...

- Əsasən qonorarla işləyirlər, amma onların arasında təmannasız çalışan aktyorlar da var. Düzü, qonorar da olmaya bilər. Çünki teatrın büdcəsi yoxdur. Tamaşaların hazırlanmasına vəsait tələb olunur. Aktyorlar da bunu bilir və bizdən ödəniş istəmirlər. İstəyirik ki, nəinki kənardan gələn aktyorlara, hətta teatrın öz əməkdaşlarına da yüksək qonarar verək. Nə edək ki, ADO-nun büdcəsi yoxdur.

- ADO-nun daimi yeri yoxdur. Bildiyimə görə, hətta buna görə dövlət qurumlarına müraciət də etmisiniz. Müraciətlərə nə cavab verilib?

- Teatr 6 ildir ki, fəaliyyət göstərir. Şansımız onda gətirib ki, ADO-nun tamaşaçıları bizi hər zaman diqqətdə saxlayıb. Tamaşalarımıza bilet satışı yüksəkdir. Demək olar ki, onun hesabına yaşayırıq. Buna baxmayaraq, çətinliklərimiz də var. Biz yerlə bağlı aidiyyatı qurumlara müraciət etdik, hamı kimi teatra məkan istədik. Dövlətin nəzdində olan istifadəsiz məkanlar var. Onların biri bizə verilsə, özümüzü təmin edib, teatrı irəli apara bilərik. Nəticədə həmin məkan da istifadəsiz qalmaz. Mən bu yaxınlarda mədəniyyət naziri Əbülfəz Qarayevlə görüşdüm. Görüşdə nazirlə küçə tamaşalarının nümayişi ilə bağlı söhbət etdik. Mən ona yay aylarında “Qış Parkı”da “Fest-yay” adlı festival keçirməyimizi bildirdim. Və xahiş etdim ki, teatra bu məsələdə dəstək olsun. Nazir dedi ki, festival haqqında ona yazılı məlumat verək və bundan sonra bizə dəstək olacaq. Hazırda materiallar hazırlayırıq.

- “Festi yay”ın məqsədi nədir?

- İstəyirik ki, Azərbaycanda küçə mədəniyyəti formalaşsın. Açıq havada teatr yoxdur. Belə layihələr insanların yenidən teatra marağını artırar. Düşünürük, bunun üçün artıq küçədən başlamaq lazımdır. Festivala icazə verilsə, saat 12:00-da başlayacaq, axşam saat 24:00-da başa çatacaq. Festivala xarici ölkələrdən qonaqlar da dəvət edəcəyik.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description