"Yanlış anlaşılmış "Nude art" stereotiplərini qırmaq istəyirəm" "Yanlış anlaşılmış "Nude art" stereotiplərini qırmaq istəyirəm"
  • Hadisə
  • 31 Yanvar 2019 17:24
  •  9 567

“Qadının seksuallığından çox...” - Gənc fotoqrafla “30 Altı” layihəsində

"Yanlış anlaşılmış "Nude art" stereotiplərini qırmaq istəyirəm"

AzNews.az-ın “30 Altı” layihəsinin müsahibi gənc videoqraf, fotoqraf Məhəmməd Novruzovdur.

Özü haqqında:“Novruzov Məhəmməd, 24 yaşım var. Bakı Dövlət Unversitetinin Jurnalistika fakültəsini bitirmişəm. Fotojurnalistika ilə ixtisasa başlasam da, sonradan iştirak etdiyim təlimlərdə “qəzet jurnalistikası”ndan başqa bütün sahələrini öyrənmişəm. Hazırda videoqraf və fotoqraf kimi fəaliyyət göstərirəm.

- Niyə məhz öz sahəniz üzrə çalışmağı üstün tutmadınız ?

- Jurnalistika ilə iki ilə yaxın, həm videojurnalistika, həm fotojurnalistika, həmradiojurnalistika ilə məşğul oldum. Jurnalistika sərbəstliyi sevən bir sahədi Amma belə deyim, bəzi sərhədlərə görə, bəzən də tam fəaliyyət göstərə bilmədiyim üçün, istədiyim azadlığı tapa bilmədiyim üçün davam eləmədim. Video və fotonu çox sevdyimə görə düşündüm ki, bu sahəni tərk etmək istəmirəm, jurnalistikada da qalmaq istəmirəm. Elə ona görə də reklam sahəsinə keçdim 3-cü kurs bitdikdən sonra jurnalistikanı tamamilə buraxdım.

- Sizcə, işdə qazanc vacibdi, yoxsa ondan zövq almaq?

- Bəzən insanların çoxu işə başlamamışdan qabaq, hətta işi öyrənməmiş fikirləşirlər ki, maliyyə önəmlidir, bundan daha çox qazanmaq olar və s. Onlar boş şeydir. Məncə, əsas olan, işini sevməkdir. Əgər sevdiyin işdirsə, axıra kimi gedəcəksən. İş elə bir şeydir ki, başdan başlayıb xoşlamadın sonra davam edirsən, amma bu ən çox sevdiyin, işdə özünü tapa bildiyin zamana qədərdir. Mən sevinirəm ki, ilk başlamamdan ən sevdiyim işi tapdım. Mənə görə əsas işi sevməkdir. Bundan sonra işini yaxşı görürsən,yaxşı görəndən sopnra da yaxşı pul qazanırsan.

- Həm də məşhurlarla çalışırsınız. Onlarla işləyəndə hansı çətinlikləriniz olur?

- Deməzdim çətinlik olur. Onlar da, mən də rahat olduğum üçün bir problem olmur. Çünki onlar da işinin profesionalıdır, sən də işinin profesionalısan bir-birinizlə yaxşı anlaşırsınız. Əksinə məşhurlarla işləmək ona görə rahatdır ki, onlar sənə deyirlər ki, sən necə görürsən bunu, necə eləmək istəyirsən deyirsən, onlar da onu olduğu kimi edir. Məşhurlarla işləmək o cəhətdən rahatdır. Adamlar sənin tərzinə uyğun davranırlar. Bəzən də onlar təkliflərini irəli sürür. Ümumiyyətlə onlarla işləmək əyləncəlidir, xoşdur.

- Azərbaycan “Nude art” üçün hazırdırmı?

- Əvvəllər mən başladığım vaxtda düşünürdüm ki, insanlar bu sahəyə çox qaçdılar. Bacaran, bacarmayan... Fotoqrafların bir ara artan vaxtı oldu, kimdə alınırdı, kimdə alınmırdı bunu isə cəmiyyət özü sezə bilirdi. Azərbaycanda nude art biraz yanlış anlaşılır. Mənə görə nude art elə olmalıdı ki, orada bədən cizgilərindən onun qadın olmasından daha çox sənət insanı maraqlandırsın. Burdakı fotoqrafın, videoqrafın və yaxud da rəssamın əl bacarığı, onun baxış bucağı, onun yaratdığı kompazisiya daha çox diqqəti cəlb etməlidir. Nude artı insanlar yanlış anlayıb, ona görə ki, bəziləri elə düşünür ki, sadəcə qadını qarşısına qoyub çəkməlidir. Burada qadının seksuallığından çox sənətkarlıq qabiliyyəti insanı ovsunlamalıdır.

Amma bəziləri də var ki, yaxşı fotoqrafiya qabiliyyəti var, yaxşı baxış bucaqları var. Ona görə də onlar uğurlu şəkillər çəkə bilirlər.Amma burada təqdimat da çox önəmlidir. Mən çəkdiyim şəkillərdə daha çox işıq və kölgəyə önəm verirəm. Mənə görə bədən cizgiləri bilinməməlidir. Bilinsə də, həmin cizgilər insanı cəzb etməməli, burada fotoqrafın bacarığı hər şeyi üstələməlidir.Mənə görə nude art bir hobbidir. Və məqsədim bu sahəyə yeni bir tərz gətirməkdir. Belə ki, yanlış anlaşılmış nude art sterotiplərini qırmaq istəyirəm.

- Təklif sizdən gəlir, yoxsa sizə müraciət edirlər?

- Bayaq verdiyiniz “Azərbaycan nude arta hazırdımı”sualına cavab olaraq bunu da deyərdim ki, insanlar buna hazırdı, sadəcə biraz mentalitet qarşısında qalırlar. Ona görə də baxanlardan daha çox çəkilənlər tərəddüddədir. Amma olub ki, qarşı tərəfdən də təklif gəlib, mən də təklif eləmişəm.

- Çəkdiklərini bəyəndiyiniz fotoqraflardan kimləri deyərdiniz?

- "Nude art"ı nəzərdə tutursunuzsa, Aqil adlı biri var, çəkdiyi bəzi şəkilləri bəyənirəm. Bəzi ara fotoqraflar da var ki, çox çəkməsələr də "nude art" fotolarını bəyənmək olar.

- Niyə cəmiyyətdə belə fikir formalaşıb ki, “əlinə kamera alan fotoqraf olub”. Bu fikirl’ razılaşırsınız ?

- Belə deyim, bir vaxtlar oldu ki, fotoqrafiya Azərbaycanda yeni-yeni inkişaf etməyə başlayanda insanların çoxu danışmağa başladı ki, burda pul var. Elə sizin verdiyiniz suala gəlir bu da ki, “ işi sevmək, yoxsa qazanc”. Hamı düşündü ki, burda qazanc var və gedək öyrənək, çəkək. Ona görə də əlində bir az pulu olan qaçıb kamera aldı. Amma öyrənməyin çətin olması ilə yanaşı, onu tətbiq etməyin daha çətin olduğunu görən insanların çoxu bu sahədən uzaqlaşdı. Burada əsas, çəkməyi bacarmaq deyil, çəkməyi bacarmaq, təkcə kameranı öyrənməklə bitmir. Kameranı öyrəndin, amma o öyrəndiklərini tətbiq eləmək də var axı. Mənə görə, fotoqrafiyanın ilkin mərhələsinin 3 səviyyəsi var:

İnsan çəkir (bu yeni başlayanlarla bağlıdır: nə gəldi çəkirlər, ortada bir şey yoxdur)

Görüb çəkə bilməmək (sən görürsən, lakin kameraya yansıda bilmirsən)

Normal fotoqrafiyanı bilənlərdir (həm “görməyi”, həm də çəkməyi bacaranlar)

Bundan sonrası isə daha professional səviyyədir ki, insanlar da bu səviyyəyə çox gedib çıxa bilmirlər. Hamısı birinci, ya da ikinci səviyyədə bu işi buraxır. Amma demək olar ki, indi həmin şəxslərin sayı azalıb, professionallar artıb.

- Yeni planlarınız haqda da danışmağınızı istərdik.

- Mən daha çox videoya üstünlük verirəm. Foto isə mənim hobbimdir, ona iş olaraq baxmıram. Düzdü, fotoqrafiyanı çox sevirəm, daha çox küçə fotoqrafiyası və nude art fotoqrafiyanı. Amma əsas planlarım, layihələrim videolar üçündür. Bir neçə mövzu var ki, hazırda üstündə iş gedir, onları tamamlayıb 1 ay içində cəmiyyətə təqdim edəcəyəm. Düşünürəm ki, böyük səs-küy yaradacaq, insanlara çox maraqlı olacaq. Proyektlərimiz bəziləri də qısa filmlər üzərində gedir. Hazırda bir filmimiz çəkilib. 2019-cu ildə hardasa, 5-ə yaxın qısa filmimiz təqdim olunacaq”.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description image description image description image description image description image description image description