Mənim obrazımı yaratsınlar - Ömrünün 45 ilini kuklalarla işləyən aktyorun arzusu

Həkimlərin sayəsində indi ayaqdayam, ağrılarım da azalıb

AzNews.az-ın “Morze əlifbası” layihəsinin qonağı Abdulla Şaiq Adına Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovdur.

Image result for rəhman rəhmanov

- 1 iyun Uşaqların Müdafiəsi günündə sizin səhnə fəaliyyətinizin 45 ili tamam olur…

- Bəli, bu, bir təsadüfdür. 1974-cü il uyunun 1-də mən Abdulla Şaiq Adına Azərbaycan Dövlət Kukla Teatrında işə başlamışam. Düz 45 ildir ki, uşaqlarla işləyirəm. Bu gün də səhnədəyəm, sənətdəyəm. Bütün ömrümü Azərbaycanın balalarına həsr etmişəm. Bundan sonra nə qədər canım var, yenə də səhnədə, teatrda olacam. Həqiqətən də məni saxlayan iş və səhnədir. Əslində mənim üçün böyük bayramdır. Səhnə fəaliyyətimin 45 illik yubileyidir. Həqiqətən sevinirəm ki, ömrüm, əməyim hədər getməyib.

- Bu əlamətdar hadisə ilə bağlı teatrda tədbirlər planı nəzərdə tutulubmu?

- Yox, heç nə gözlənilmir. Açığı mən Azərbaycan mətbuatına və televiziyasına ümidliyəm. Bizim kimi sənət adamlarının tədbirlər planı onların öhdəsindədir. Hərəsi bir məlumat yasza, biri efirə dəvət eləsə, bu da mənə bəs edər. Jurnalistlər həmişə yanımda olub və mənim dostumdur. Ən azı 4-5 mətbu orqanda barəmdə hər hansı bir məlumat getsə, sevinərəm, fəxr edərəm ki, əməyim yerdə qalmayıb.

- 45 il ömrün yarısı deməkdir. Amma siz bu yarı ömrünüzü kuklalarla yaşayıb, kukla dili ilə danışmısınız. Belə bir həyat Rəhman Rəhmanova nə verib?

- Kukla teatrında işləmək digər teatrlarda işləməkdən çox fərqlidir. Birincisi uşaqlarla işləyirsən. Bu da pedaqoji fəaliyyət hesab olunur. Azərbaycanda teatra giriş Kukla Teatrından başlayır. Azərbaycan uşalarının maariflənməsində, ziyalı kimi yetişməsində Kukla Teatrının böyük rolu vardır. Uşaqlar bu teatrda tərbiyyə alaraq digər teatrlara yol açırlar.

Image result for rəhman rəhmanov

- Kukla Teatrında neçə obraz yaratmısınız?

- 150-yə yaxın tamaşada obraz yaratmışam. Kukla Teatrını fərləndirən bir amil var. Burada bir obraz yoxdur. Bir tamaşada 2-5 obraz yaradırıq. Bu baxımdan Kukla Teatrının aktyorlarının üzərinə böyük məsuliyyət düşür. Mən bu teatrın səhnəsində 10 ildən yuxarıdır ki, bir tamaşada oynayıram. “Şəngülüm, Şüngülüm, Məngülüm” “Qızıl dərviş” mükafatına layiq görülüb. Bu, mənim mono-tamaşamdır. Həmin tamaşada mən 8 obrazı ifa etmişəm. Əgər belə obrazları da üst-üstə qoysan bu 45 ildə oynadığım obrazların sayı tamaşaların sayından sözsüz ki, artıq olar.

- 150-yə kimi tamaşada 200-dən artıq obraz yaratmısınız. Bəs, istəmisinizmi ki, kukla dili ilə Rəhman Rəhmanovun öz obrazını yaratsınlar?

- Elə istərdim ki, aktyorlardan kimsə mənim obrazımı yaratsın. Mənim obrazımı yaradan yeganə bir aktyor var: Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov. O, mənim obrazımı gizlində yaratdığını görmüşəm. Hər halda mənə öz kuklam kənardan maraqlı görsənər.

- Hər bir rolun çətinliyi var, kuklaların dili ilə işləmək çətin deyil ki…

- Qətiyyən, kukla bir obrazdır. Amma Kukla Teatrının əsl aktyoru olmaq çətindir. Dövran dəyişib. Əvvəl bütün uşaqları obrazımızın dili ilə aldadırdıq. Amma indi heç bir uşağı aldatmaq olmur. Nənələrimizin nağılı ilə böyümüşük. Elə bilirdik ki, nağıl qəhrəmanları evimizdədir. Özümüzü onlara bənzədirdik. Amma kukla qəhrəmanı kimi nağıl danışırıq, amma uşaqları aldada bilmirik.

- Kukla Teatrını seçdiyinizə görə peşiman deyilsiniz ki?

- Ömür vəfa eləsə, hələ yenə işləyərəm. 45 il öncə mən cavan idim. Teatra gələn mənim nağılıma qulaq asırdı, tamaşalarıma baxırdılar. İndi həmin tamaşaçılar nənə-babadır, onlar teatra nəvələrini gətirir. Allah mənə bir az ömür versin, ürəyimdən keçən tamaşalarda da oynayım, onlar da mənim tamaşalarıma nəticələrini gətirsinlər.

- Bir müddət öncə səhhətinizdə ağır problem yaranmışdı. İndi necəsiniz?

- Ayağımda ağrılar var. Hərdən lap çox ağrıyıram. Şükürlər olsun, həkimlərin sayəsində indi ayaqdayam, ağrılarım da azalıb. Bu da yaşla əlaqədardır. Artıq 60 yaşı keçmişəm.

Image result for rəhman rəhmanov

Bahar RÜSTƏMLİ

AzNews.az