Çox adam Mehriban Əliyevanın Moskvadakı çıxışı zamanı Rusiyaya qarşı isti münasibətinin olmasına xüsusi diqqət çəkib Çox adam Mehriban Əliyevanın Moskvadakı çıxışı zamanı Rusiyaya qarşı isti münasibətinin olmasına xüsusi diqqət çəkib
  • Hadisə
  • 27 Noyabr 2019 17:20
  •  30 822

"Axar.az": İndi Bakı ilə Moskva arasında bir yol qalır

Çox adam Mehriban Əliyevanın Moskvadakı çıxışı zamanı Rusiyaya qarşı isti münasibətinin olmasına xüsusi diqqət çəkib

Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu artıq strateji xarakter daşıyan ikitərəfli münasibətlərin simvoluna çevrilib.

Bu sözləri rus ekspert Qriqori Trofimçuk Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfərini şərh edərkən deyib. O bildirib ki, siyasi əhəmiyyət daşıyan bu görüş həm də iqtisadi komponentlərlə möhkəmlənir:

“Məsələn, biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına girişinin genişlənməsinə nail olsaq, bu, bazarlardakı qiymətlərin də aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə ilk növbədə sıravi vətəndaşlar üçün böyük əhəmiyyət daşıyacaq. Moskvada keçirilmiş forum öz qloballığı və hər iki tərəfdən işgüzar dairələrin nümayəndələrinin iştirak etməsi baxımından böyük bir addım kimi qiymətləndirilməlidir. İştirakçılar əsas sənədləri və ötən il Soçidə keçirilən Zirvə görüşündə Prezident Vladimir Putin və Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq “yol xəritələrini” rəhbər tutdular. Beləliklə, biz ikitərəfli münasibətlərimizin inkişafının zirvəsində dayanaraq, daha da irəliləyirik. Foruma gələn Azərbaycan nümayəndə heyətinə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi Rusiya mediasında və daha geniş miqyasda böyük rezonans doğurdu.

Mehriban Əliyevanın ilk dəfə Rusiya Federasiyasına I vitse-prezident olaraq gəlməsi ölkənin yüksək rəhbərliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirməsinə imkan verdi. ”Dostluq” ordeninin xanım Əliyevaya verilməsi Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və inkişafına onun töhfəsinin qiymətləndirilməsindən xəbər verir”.

Q.Trofimçuk qeyd edib ki, çox adam Mehriban Əliyevanın Moskvadakı çıxışı zamanı Rusiyaya qarşı isti münasibətinin olmasına xüsusi diqqət çəkib:

“Çünki millətləri bir-birinə yaxınlaşdıran quru rəqəmlər və iqtisadi parametrlər deyil, sadə və insani emosiyalardır.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı təkcə ikitərəfli münasibətlərə deyil, həm də Rusiya vətəndaşlarının Azərbaycan xalqına verdiyi dəyərdir. İndi isə daha yüksək praktik gəlir əldə etmək və hər iki iqtisadiyyatı gücləndirmək üçün proqramlarımızda və planlarımızdakı rəqəmləri yüksəltmək qalır.

Hər halda, bu görüş qarşıdan gələn 2020-ci il üçün, eləcə də ikitərəfli münasibətlərin inkişafında növbəti mərhələsinə yeni bir start verdi”. (Axar.az)

AzNews.az