- Köhnə - Region
- 12 Fevral 2016 19:25
- 3 710
Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxardı
Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Qorik Akopyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib, onun yerinə isə baş prokurorun müavini Georgi Kutoyan təyin edilib.
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Ermənistan prezidentinin digər sərəncamı ilə Qorik Akopyan prezidentin müşaviri vəzifəsinə təyin olunub.