Ermənilər itkin düşən hərbçiləri axtarır

Dağlıq Qarabağ müharibəsində 209 erməni hərbçisi və 266 mülki şəxs itkin düşüb. Bu barədə məlumat erməni təşkilatlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən müzakirələrdə səsləndirilib. Görüşdə itkin düşdüyü hesab edilən şəxslərin valideynləri də iştirak edib.

Qeyd edək ki, ermənilər müharibədə itkin düşən şəxslərin xatirəsinin 26 iyunda qeyd edirlər. Bu, erməni müzdlularının birləşdiyi və Xocalı soyqırımı da daxil olmaqla bir bir sıra cinayətlər törədən "Arabo"nun azərbaycanlılar tərəfindən darmadağın edilməsi nəticəsində 79 erməni döyüşçüsünün itkin düşdüyü gündür.

Elnarə Əlosmanqızı
AzNews.az