Türkiyədə hava limanlarından birində bomba həyəcanı yaşanıb. Türkiyədə hava limanlarından birində bomba həyəcanı yaşanıb.

Ankara aeroportunda bomba həyəcanı - 3 futbolçu saxlanıldı

Türkiyədə hava limanlarından birində bomba həyəcanı yaşanıb.


AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, Esenboğa aeroportunda Ankara-Ərzincan reysi ilə uçmalı olan təyyarədə partlayıcı yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub. Dərhal əraziyə təhlükəsizlik qrupları və xilasedicilər cəlb edilib.

Təyyarədə aparılan yoxlamalardan sonra məlumatın yanlış olduğu üzə çıxıb. Bəlli olub ki, yalan məlumatı "Ərzincanspor" futbol klubunun 3 oyunçusu ötürüb. Artıq onlar saxlanılıb.