Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər. Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər.

“Yaralıları daşımaq üçün vertolyotlar çatmır, onlar yoldaca keçinir” - Erməni KİV

Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər.


AzNews.az-ın Report-a istinadən məlumatına görə bəyanatda deyilir: "Biz ermənilər ilk növbədə cəbhə xəttində həlak olan hərbçilər və dinc sakinlərlə bağlı həqiqəti əks etdirən məlumatları almaq istəyirik.

KİV-ə daxil olan məlumatlar isə çox səthidir. Erməni jurnalistlər məlumatları vətəndaşlardan almaq məcburiyyətindədirlər – tibb məntəqələrindən, meyitlərin aparıldığı kilsələrdən məlumat götürürlər. Hadisə şahidləri dəhşətli sözlər danışırlar – yaralıları daşımaq üçün vertolyotlar çatmır, yaralıları avtomobillərlə daşıyırlar və onlar yoldaca vəfat edirlər, hospitallar yaralıları qarşılamağa hazır deyillər – personal yoxdur, dərmanlar çatmır. Xalqın doğru məlumatı bilmək hüququ var"

Erməni jurnalistlər sualla çıxış edirlər: "Müdafiə Nazirliyinin rəsmi məlumatları hardadır? Bu məlumatlar yoxdur, kabinet "siçovulları" ağızlarına su alıb otururlar. Həqiqət nə qədər ağır olsada biz onu bilməliyik".