Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahısını yayımlayıb. Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahısını yayımlayıb.

Türkiyə bu terrorçuları axtarır - Siyahıda azərbaycanlılar da var

Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahısını yayımlayıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazirliyin yayımladığı siyahıda 706 terrorçunun adı yer alıb. Siyahıya əsasən, 706 terrorçu 46 şəhərdə qeydiyyatdadır. 35 şəhərdə isə terrorçuların izinə rast gəlinməyib.

Siyahıda terrorçuların fotoları, mənsub olduqları təşkilatlar, doğum yeri və tarixləri yer alır. Terror təşkilatı üzvlərinin sıx olduğu şəhərlərin arasında birinci yeri 141 terrorçuyla Hakkari tutur. Siyahıda ikinci yerdə 82 nəfərlə Diyarbəkir, üçüncü yerdə 50 nəfərlə Tunceli, dördüncü yerdə 48 nəfərlə Batman, beşinci yerdə isə 43 nəfərlə Mardin qərarlaşıb. İstanbuldan 9, Ankaradan 2 və İzmirdən 2 terrorçunun adı da siyahıda qeyd olunur.



Siyahıda həmçinin, Almaniya, Qazaxıstan, Azərbaycan və Suriya əsilli terrorçular də yer alıb.

Türkiyə ərazisində axtarılan terror qruplaşması üzvlərinin 650-si PKK-çıdır. Siyahıda İŞİD-dən 34, DHKP-C-dən 3, PDY-dən isə 12 nəfərin adı yer alır. Türkiyədən kənarda isə PKK-dan 6, İŞİD-dən 3 nəfər axtarılır. Axtarışda olanlar siyahısında 6 PKK-çı əslən suriyalıdır.

3 İŞİD üzvünün isə əslən Almaniya, Azərbaycan və Qazaxıstandan olduğu bildirilir.


Qeyd edək ki, terrorçular qırmızı, mavi, yaşıl, narıncı və boz olmaqla 5 qrupda axtarılır. Qırmızı kateqoriyada 33, mavidə 71, yaşılda 54, narıncıda 60, boz kateqoriyada isə 488 terrorçunun adı yer alır. Qırmızı kateqoriyada PDY-dən Fəthullah Gülən, PKK-dan Cemil Bayık, Murat Karayılan, Duran Kalkan, İŞİD-dən İlhami Balı və Mustafa Dokumacının adı var.

Aydan AXUNDOVA