Ermənistan Dağlıq Qarabağa xüsusi təyinatlı polis dəstəsini göndərir. Ermənistan Dağlıq Qarabağa xüsusi təyinatlı polis dəstəsini göndərir.

Ermənistan polisi - Qarabağa yerləşdirilir

Ermənistan Dağlıq Qarabağa xüsusi təyinatlı polis dəstəsini göndərir.


Polisləri daşıyan bir neçə avtomobil Qarabağa doğru gedib.

"Bizim polislərə yaxın mənbələrimiz Ermənistanın xüsusi təyinatlı polis dəstələrinin Qarabağa ezam olunduqlarını yazır", - deyə "Çorrord işxanutyun" qəzeti yazır. Məlumata görə, Qarabağa göndərilən dəstələr Sərsəng su anbarının ətrafında toplaşıblar.

Qondarma Dağlıq Qarabağ Respublikasının yaydığı məlumatda da bildirilir ki, Qarabağda Ermənistanın xüsusi təyinatlı polis qüvvələri gücləndirilmiş iş rejimində işləyirlər.

Aprelin 1-dən 5-nə qədər davam edən hərbi əməliyyatlar zamanı Ermənistan ordusuna döyüşmək üçün könüllü dəstələrin cəlb edildiyi barədə məlumat yayılmışdı.


Ermənistanın xüsusi təyinatlı polisləri

Orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti yaşı 60-ı ötmüş, qoca insalardır.

Həmçinin müharibənin davam etdiyi vaxt Xankəndidə və digər ətraf şəhərlərdə yaşayan insanlar evlərini tərk edirdilər. Əsgəran rayonunu tərk etmək istəyən əhalinin qarşısını almaq üçün erməni hərbi qüvvələrinin rayonun çıxışında postlar qurduqları bildirilirdi.

Şəhəri tərk etmək istəyən əhali geri qaytarılır. Tabe olmayan mülki şəxlərə qarşı hətta zor tətbiq edildiyi də bildirilir.

Yəqin ki, xüsusi təyinatlı qüvvələrin Dağlıq Qarabağa gətirilməsinin əsas məqsədi oranı tərk etmək istəyənlərin qarşısını almaqdı. Çünki atəşkəs əldə olunduqdan sonra Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib ki, Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk ediblər. Kəndlərdən köçkünlərin böyük hissəsi şimal-şərq hissəsindən olanlardır.

İdarənin məlumatına görə, insanlar Qarabağın başqa rayonlarına, eləcə də Ermənistana qaçıblar. İdarə eyni zamanda qeyd edib ki, məcburi köçkünlərin sayının dəqiq qiymətləndirilməsi mümkünsüz olub.

anspress.com


Orduya cəlb olunan erməni könüllüləri