Obama bu dəfə də erməniləri məyus etdi - Qondarma soyqırım məsələsi (Yenilənib)

ABŞ prezidenti Barak Obama qondarma “erməni soyqırımı” sözünü yenə də işlətməyib.


AzNews.az-ın məlumatına görə, o, "erməni soyqırımı" ifadəsini "böyük fəlakət" ("Meds Yeghern") sözləriylə əvəzləyib.

Onun bu açıqlaması İngiltərəyə səfəri ərəfəsində yayımlanıb.


***
10:33

ABŞ prezidenti Barak Obama 1915-ci il erməni hadisələri ilə bağlı illik müraciətində yenə də "soyqırım" sözünü işlətməyəcək.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat verib. Bu barədə məlumatı ANCA-ya ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasındakı rəsmi mənbə ötürüb.

ANCA-nın icraçı direktoru Aram Ambaryan bildirib ki, ABŞ prezidenti ermənilərə "soyqırımı" tanımaq barədə verdiyi vədinə əməl etməyəcək: "Prezident Obama prezidentliyini başladığı kimi də bitirəcək".

Aydan AXUNDOVA