Almaniyanın kansleri Angela Merkel Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərinə səfər ediblər. Almaniyanın kansleri Angela Merkel Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərinə səfər ediblər.

Merkel Türkiyə-Suriya sərhədində - Foto

Almaniyanın kansleri Angela Merkel Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərinə səfər ediblər.


Qazıantepdə nümayəndə heyətini Türkiyənin baş naziri Əhməd Davudoğlu, baş nazirinin müavinləri Yalçın Akdoğan və Mehmet Şimşək, DİN rəhbəri və digər rəsmi şəxslər qarşılayıb.

Məlumata görə, nümayəndə heyəti suriyalı qaçqınların Qazıantepdəki "Nizip-2" düşərgəsində olub. Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı rejimdə keçirilib.

Qeyd edək ki, Angela Merkel Türkiyəyə bir günlük səfər edib. Səfər zamanı Aİ nümayəndə heyəti Əhməd Davudoğlu ilə Türkiyə-Aİ arasında bağlanmış miqrasiya sazişinin icrasını müzakirə edəcək.

APA